Bronislav Kaspar (Kasper) Malinovski (pol. Bronisław Kasper Malinowski; 7 aprel 1884, Krakov — 16 may 1942, Nyu-Heyven, Konnektikut ştatı) — əslən polyak olan Böyük Britaniya antropoloqu, antropologiyada və sosiologiyada funksionalizmin banisi.
Bronislav Malinovski | |
---|---|
pol. Bronisław Kasper Malinowski | |
Doğum tarixi | |
Doğum yeri | Krakov, Avstriya-Macarıstan |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Nyu-Heyven, Konnektikut, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı |
Avstriya-Macarıstan |
Elm sahəsi | mədəni antropologiya |
İş yerləri | LSE, Yel Universiteti |
Təhsili | Yagellon Universiteti |
Tanınmış yetirməsi | Fey Syaotun |
Tanınır | struktur funksionalizmin banilərindən biri |
Üzvlüyü |
|
Mükafatları | Messencer mühazirələri (1932) |
Vikianbarda əlaqəli mediafayllar |
Bronislav Malinovski 7 aprel 1884-cü ildə Krakovda anadan olmuşdur. Universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl Budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı tədqiqatı nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914–1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır.
Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyyatı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s. adlı əsərləri "funksionalizm" təliminin metodoloji əsasını təşkil etdi. Funksional metodun əsas tələbi bundan ibarətdir ki, hər bir xalqın mədəniyyətinə və məişətinə ayrı-ayrı hissələri qarşılıqlı əlaqədə olan bir tam kimi baxmaq lazımdır. Bu hissələrin hər biri öz rolunu və funksiyasını yerinə yetirir.
Malinovski "Mədəniyyətin elmi nəzəriyyəsi" (1944) əsərində öz elmi baxışlarını, elmi metodunu izah edir və qeyd edir ki, etnologiyanın əsas predmeti mədəniyyətdir. O, mədəniyyəti özünəməxsus bioloji amil kimi qəbul edirdi: mədəniyyət bioloji bazisə əsaslanır. İnsan adi heyvan kimi ilk növbədə özünün sadə bioloji tələbatlarını ödəyir. İnsan özünü qida, yanacaq, yaşayış yeri, paltar və s. ilə təmin edir. Bunları edərkən insan özünəməxsus ətraf mühiti formalaşdırır ki, bu da məhz mədəniyyətdir. Amma bu mədəniyyətin qayğısına qalmaq və daima yeniləşdirmək lazımdır. Mədəniyyət elə bir maddi və mənəvi amildir ki, insanlar onun vasitəsilə qarşıya çıxan spesifik məsələləri həll edirlər.
B. Malinkovski qeyd edirdi ki, funksional metodun başlıca tələbləri hər hansı bir xalqın məişət və mədəniyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan və hər birinin öz rolu, funksiyası olan hissələr sistemindən ibarət olmasıdır. İngiltərə isə Afrikada dayaq kimi nəsli-qəbilə əyanlarından istifadə edirlər.
Malinovski öz nəzəriyyəsini izah edərkən, əvvəlki etnoloji nəzəriyyələrə də tənqidi yanaşırdı. O, xüsusilə Taylorun "qalıqlar" metodunu kəskin tənqid edərək, yazırdı: ""Qalıq" sözü elmə böyük zərbədir". Tədqiqatçılar öyrənilən amilin real, həyati funksiyasını öyrənmək əvəzinə, hər yerdə qalıq axtarırdılar. Əslində isə əvvəlki funksiyaların yerinə yenisini qazanmış mədəni amillər var. O. bir sıra misallar da gətirir və qeyd edir ki, London küçələrində müasir maşınlarla yanaşı, at arabaları da var. Bu qalıq deyil. Keçmişə romantik səyahətdir. Həmin küçələrdə köhnə maşın qalıq deyil, onun sahibinin iqtisadi göstəricisidir. Müasir istilik sistemləri olan evlərdə divar daş sobaları (kamin) isə rahatlıqdır. Malinovski funksionalizmi ümumi olaraq bu cür formalaşdırmışdı: