Furqondakı xanım (ing. The Lady in the Van) — 2015-ci il ingilis komedi-dram janrında film. Film real hadisələrə söykənərək Benetin yazdıqları əsasında çəkilmişdir. Film 15 il boyunca xarab furqonda yaşayan yaşlı qadın — Meriyə (Marqrit) həsr olunmuşdur. Filminin çəkilməsindən əvvəl hekayə 1990-cı ildə kitab, 1999-cu ildə səhnə əsəri, 2009-cu ildə radio oyunu olaraq ictimaiyyətə çatdırılmışdır.
Furqondakı xanım | |
---|---|
ing. The Lady in the Van | |
Janr | dram filmi, komediya filmi, kitablar əsasında film[d] |
Ssenari müəllifi |
|
Baş rollarda | |
Montajçı | Tariq Ənvər[d] |
İstehsalçı | BBC Film[d] |
Distribütor | TriStar Pictures, Netflix |
İlk baxış tarixi | 2015, 14 aprel 2016[1] |
Müddət | 104 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | London |
IMDb | ID3722070 |
İnsanların yaşlılığına və kasıblığına görə Meriyə yazıqları gəlirdi. Amma qoxusundan və kobudluğundan dolayı çox adam qoca qadından uzaq durmaq istəyirdi. Amma Benet belə deyildi. Benet get-gedə yaşlı qadınla daha da yaxınlaşır və onun həyatının gizli məqamlarını öyrənir. Meri əslində Fransada musiqi təhsili almış, ali savadlı qadındır. O, məşhur pianoçu Alfred Kortotun bacarıqlı tələbəsi olmuşdur. Meri hətta bir ara rahibə olmaq istəmiş, buna görə çox istədiyi musiqidən uzaqlaşmışdır. Ölənə yaxın deyir ki, musiqi mənim əllərimdə, sümüklərimdədir. Merinin tənhalaşmasının və hiss edilən travmalarının böyük bir səbəbi var. Ancaq bu sirdir və filmin sonuna yaxın sirrin üstü açılır.