Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var.
Furtouq şəlaləsi | |
---|---|
inquş Фуртоугера хурхал | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 12 m |
Eni | 5 m |
Çay | Armxi |
Yerləşməsi | |
42°50′48″ şm. e. 44°40′00″ ş. u. | |
Ölkə | İnquşetiya |
|
Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir. Şəlalə kiçik Qıalqlay-çoç çayında formalaşmış. Ümumən şəlalə Armxi çay sisteminə daxildir. Çay əsasən yeraltı sulardan və ərimiş qar suyu ilə qidalanır. Şəlaləyə gediş çox asandır. Cəmi 400 metrlik dağ yolu getmək kifayətdir edir. Şəlalənin yerləşdiyi dərə kiçik bulaqları, dik qayalı yamacları, müdagiə qalası və üzə çıxmış maqmatik süxurları ilə türistləri cəlb edir. Furtouq İnquşetiya ərazisində ziyarət edilə biləcək 10 əsas obyektdən biri hesab olunur. Furtouq şəlaləsi 2000-ci ilin 21 dekabrında, Rusiya Federasiyası Hökümətinin 992 nömrəli qərarı ilə unikal geoloji abidə statusu almışdır[1].
1880-cı ildə Furtouq şəlaləsinə geoloji ekspedisiyanın rəhbəri kimi Dmitri Mendeleyev səfər etmişdir. Neft çıxarma və emalı üzrə yaranan problemləri araşdırmaq üçün alim dəfələrlə Qafqaza gəlmişdir. Bu səfərlərin birində Mendeleyevin həmkarı və şagirdi olmuş Saaduloy Axriev Furtouq kəndinə qonaq dəvət etmşdir. Furtouq Axrievin doğma kəndidir. Kənd Ceyrax dərəsinin başlanğıcında yerləşir[2].
2016-cı ilin 5 iyununda İnquşetiyanın Respublika günü münasibət ilə Axrievin soyunun nümayəndələri, Ceyrax rayon administirasiyası, eləcə də Furtuoq kənd əhalisi şəlalədə memorial lövhənin qoyulmasına qərar verilmiş və şəlaləni Mendeleyevin şərəfinə adlandırmışlar[3].