Futbol üzrə dünya çempionatı 1990

1990 FİFA Dünya Kuboku (ita. Campionato mondiale di calcio 1990) — iyunun 8-dən iyulun 8-nə qədər İtaliyada baş tutan sayca 14-cü futbol üzrə FİFA Dünya Çempionatı. 1988-ci ilin aprel ayından FİFA-ya üzv olan 116 yığma yarışın final mərhələsinə qatılmağ üçün mübarizə apardı. Nəticədə ev sahibi İtaliya və son Dünya çempionu Argentina yığmasıda daxil olmağla 22 yığma final mərhələsində mübarizə aparmaq hüququ qazandı.

1990 FİFA Dünya Kuboku
Yarış məlumatları
Ev sahibi
Ev sahibi şəhər İtaliya İtaliya
Tarix 8 iyun - 8 iyul (31 gün)
Başlama tarixi 8 iyun 1990
Bitmə tarixi 8 iyul 1990
Komanda sayı 22 (5 qitədən)
Stadion sayı 12 (12 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion Almaniya milli futbol komandası
Çempion Almaniya Qərbi Almaniya
Gümüş medalçı Argentina Argentina
Bürünc medalçı İtaliya İtaliya
Dördüncü yer İngiltərə İngiltərə
Yarış statistikası
Oyun sayı 52
Qol sayı 115 (matç başına: 2.21)
Tamaşaçı sayı 2516215 (matç başına: 48389)
Mükafat sahibləri
Bombardir(lər) İtaliya Salvatore Sçillaçi (6 qol)
Ən yaxşı oyunçu İtaliya Salvatore Sçillaçi
Ən yaxşı gənc oyunçu Yuqoslaviya Robert Prosineçki
Fair Play mükafatı İngiltərə İngiltərə
1986
1994
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarışın qalibi finalda son Dünya çempionu Argentina yığmasını Andreas Brehmenin 85-ci dəqiqədə vurduğu penalti qolu ilə 1:0 məğlub edən və üçüncü dəfə Dünya çempionu olan Qərbi Almaniya yığması oldu. Ev sahibi İtaliya yığması üçüncü yeri, yarım-finalda qərbi almanlara uduzan İngiltərə futbolçuları isə dördüncü yeri tutdu. Bu mundial həm də çempion olan Qərbi Almaniya yığması üçün sonuncu yarış oldu; Bir müddət sonra, 1990-cı ildə Qərbi və Şərqi Almaniya dövlətləri vahid Almaniya adı altında birləşdi. BƏƏ, İrlandiya, Kosta-Rika yığmaları Dünya Çempionatlarında debüt etdi. Mundialın rəsmi topu "Adidas Etrusco Union" idi.

1990-cı ilin Dünya Çempionatı mundiallar tarixinin ən aşağı məhsuldarlığ qeydə alınan yarışı oldu. 52 oyunda futbolçular 115 dəfə qapılara yol tapdı; oyun başına orta hesabla 2.21 qol.

Ev sahibinin seçimi

[redaktə | mənbəni redaktə et]

1990-cı ilin Dünya Çempionatının baş tutacağı dövlətin adı, 1984-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən FİFA-nın İcraiyyə Komitəsinin inzibati binasında baş tutan iclasda açıqlandı. Məhfi səsvermənin sonunda 5 səs alan Sovet İttifaqını 11 səs ilə arxada qoyan İtaliyanın mundiala ev sahibliyi edəcəyi qərara alındı. Birinci dəfə 1934-cü ildə Dünya Çempionatına ev sahibliyi edən İtaliya həm də 19701986-cı illərdə yarışlara ev sahibliyi edən Meksikadan sonra iki dəfə mundialı qəbul edən ikinci dövlət oldu.

Namizəd I tur II tur III tur
İtaliya İtaliya
11
SSRİ Sovet İttifaqı
5
İngiltərə İngiltərə
III tura adlaya bilmədi
Yunanıstan Yunanıstan
III tura adlaya bilmədi
Avstriya Avstriya
II tura adlaya bilmədi
Fransa Fransa
II tura adlaya bilmədi
Almaniya Qərbi Almaniya
II tura adlaya bilmədi
Yuqoslaviya Yuqoslaviya
II tura adlaya bilmədi

Seçmə mərhələ

[redaktə | mənbəni redaktə et]

Qrup mərhələsi

[redaktə | mənbəni redaktə et]

Püşk atma mərasimi

[redaktə | mənbəni redaktə et]

Yarışın A qrupunda ev sahibi İtaliya ilə yanaşı Avstriya, Birləşmiş ŞtatlarÇexoslovakiya yığmaları qərarlaşdı. Mundialın açılış görüşündə, Romanın Olimpiya Stadionunda ev sahibi yığma Avstriya futbolçularını 1:0 hesabı ilə məğlub etdi.[1] Görüşdə yeganə qolun müəllifi 76-cı dəqiqədə meydana daxil olan və 78-ci dəqiqədə qapıya yol tapan Salvatore Sçillaçi oldu.[1] Ertəsi gün isə Florensiyada Birləşmiş Ştatların yığması Çexoslovakiyaya darmadağın oldu, 1:5.[2] I turdan sonra 2 xalla Çexoslovakiyaİtaliya futbolçuları birinci pillədə qərarlaşdı.

Növbəti turda ev sahibi, Birləşmiş Ştatlar futbolçuları ilə üz-üzə gəldi və yenə minimal hesablı qələbə qazandı.[3] Qarşılaşmada yeganə qolu 11-ci dəqiqədə "Roma"-nın yarımmüdafiəçisi Cuzeppe Cannini vurdu.[3] Turun digər oyununda isə Çexoslovakiya yığması Avstriya futbolçularını Mixal Bilekin qolu ilə məğlub etdi.[4] II turda qrup liderlərinin qələbə qazanması ilə İtaliyaÇexoslovakiya yığmaları növbəti mərhələyə vəsiqə qazandı.

İyunun 19-unda Florensiyada bütün görüşlərdə uduzan AvstriyaBirləşmiş Ştatlar yığması qrup üçüncülüyü üçün meydana çıxdı.[5] 33-cü dəqiqədən etibarən meydanda bir nəfər azlığda mübarizə aparan Avstriya futbolçuları 52 və 65-ci dəqiqələrdə vurduğu qolllarla qələbə qazandı.[5] 4 xal toplayan İtaliyaÇexoslovakiya futbolçuları isə sonuncu turda qrup liderliyi uğrunda görüşə çıxdı.[6] Romanın Olimpiya Stadionunda baş tutan görüşdə meydan sahibləri artıq 9-cu dəqiqədə Salvatore Sçillaçi ilə hesab açdı.[6] Görüş boyu üstün tərəf olan İtalyanlar 78-ci dəqiqədə "Fiorentina"-nın ulduzu Roberto Baccio ilə görüşdə son nöqtəni qoydu; 2:0.[6] Qrupda üç görüşün hamısında qələbə qazanan İtaliya yığması və ancaq bir görüşdə məğlub olan Çexoslovakiya futbolçuları 1/8 final mərhələsinə adladı.

Cədvəl

Sıra
Komanda
1
2
3
4
O
Q
H
M
VQ
BQ
+
X
1. İtaliya İtaliya 2:0 1:0 1:0
3
3
0
0
4
0
+4
6
2. Çexoslovakiya Çexoslovakiya 0:2 1:0 5:1
3
2
0
1
6
3
+3
4
3. Avstriya Avstriya 0:1 0:1 2:1
3
1
0
2
2
3
-1
2
4. ABŞ Birləşmiş Ştatlar 0:1 1:5 1:2
3
0
0
3
2
8
-6
0

Təqvim


1990 mundialının B qrupunda son Dünya çempionu Argentina yığması ilə yanaşı son Afrika çempionu Kamerun, habelə RumıniyaSovet İttifaqı yığmaları yer aldı. I turda Milanın San Siro Stadionunda ArgentinaKamerun futbolçuları üz-üzə gəldi.[7] Həmin görüşdə, azlığda mübarizə aparmalarına baxmayaraq Kamerun yığması 67-ci dəqiqədə François Omam-Biyikin başla vurduğu qolla son Dünya çempionlarını məğlub etdi.[7] Həmin dövrdə son Dünya çempionunun birinci görüşdəcə məğlub olması mətbuatda bir mənalı qarşılanmadı. Qrupun digər oyununda isə Rumıniya Marius Lacatuşun Rinat Dasayevin qapısına vurduğu qollarla Sovet İttifaqı yığmasını 2:0 hesabı ilə məğlub etdi.[8] I turdan sonra hərəyə 2 xal toplayan RumıniyaKamerun yığmaları qrup liderləri oldu.

II turda Argentina yığması Sovet İttifaqı futbolçularını 2:0 hesabı ilə məğlub etdi və mundialda birinci qələbəsini qazandı.[9] Kamerun futbolçuları isə Rumıniya yığması ilə görüşdə 76 və 86-cı dəqiqələrdə Roje Millanın atdığı qollarla qələbə qazandı; 2:1.[10] II turdan sonra 4 xal toplayana Kamerun futbolçuları pley-off mərhələsinə adladı.

Sonuncu turda artıq növbəti mərhələyə vəsiqəni təmin edən Kamerun yığması formal oyunda Sovet İttifaqı futbolçuları ilə qarşılaşdı.[11] Əsas heyət üzvlərinin mübarizə aparmadığı görüşdə Kamerun sovet futbolçularına 0:4 hesabı ilə uduzdu.[11] Bəzi iddialara görə Kamerun yığmasının baş məşqçisinin Rusiyalı Valeri Nepomnyaşiy olması, Kamerunun məğlub olması və sovet futbolçularının qələbə qazanmasında başlıca rol oynadı. Amma qələbəyə baxmayaraq Sovet İttifaqı yığması pley-offa adlaya bilmədi. Argentina yığmasının Rumıniya futbolçuları ilə görüşdə 1:1 hesablı heç-heçə oynaması Kamerun, Rumıniya və ən yaxşı qrup üçüncüləri sırasında birinci yerdə qərarlaşan Argentina yığmalarını növbəti mərhələyə adlaması ilə başa çatdı.[12]

Cədvəl

Sıra
Komanda
1
2
3
4
O
Q
H
M
VQ
BQ
+
X
1. Kamerun Kamerun 2:1 1:0 0:4
3
2
0
1
3
5
-2
4
2. Rumıniya Rumıniya 1:2 1:1 2:0
3
1
1
1
4
3
+1
3
3. Argentina Argentina 0:1 1:1 2:0
3
1
1
1
3
2
+1
3
4. SSRİ Sovet İttifaqı 4:0 0:2 0:2
3
1
0
2
4
4
0
2

Dünya Çempionatının C qrupunda yarışın üç qat çempionları Braziliya, debütant Kosta-Rika, habelə İsveçŞotlandiya yığmaları mübarizə apardı. I turda Braziliya yığması İsveç futbolçuları üzərində Karekanın dublu sayəsində 2:1 hesablı qələbə qazandı.[13] Mundialların debütantı Kosta-Rika isə Şotlandiya yığmasını gözlənilmədən 1:0 hesabı ilə məğlub etdi.[14] I turda sonra BraziliyaKosta-Rika futbolçuları 2 xalla birinci pillədə yer aldı.

II turda, Turində üç qat Dünya çempionları Kosta-Rika futbolçularını Müllerin yeganə qolu ilə məğlub etdi.[15] Şotlandiya yığması isə İsveç futbolçularını 2:1 hesabı ilə məğlub etdi.[16] II turdan sonra Braziliya 4 xalla növbəti mərhələyə vəsiqəni təmin etdi.

III turda Braziliyalılar Şotlandiya yığmasını yenə Müllerin yeganə qolu ilə məğlub etdi və bütün üç görüşdəcə qələbə qazanaraq qrup lideri oldu. Kosta-Rika yığması isə İsveç futbolçularını 87-ci dəqiqədə Hernan Medfordun vurduğu qolla 2:1 hesabı ilə məğlub etdi və debüt mundialındaca Braziliyanın ardından qrupda ikinci pillənin sahibi oldu.

Cədvəl

Sıra
Komanda
1
2
3
4
O
Q
H
M
VQ
BQ
+
X
1. Braziliya Braziliya 1:0 1:0 2:1
3
3
0
0
4
1
+3
6
2. Kosta-Rika Kosta-Rika 0:1 1:0 2:1
3
2
0
1
3
2
+1
4
3. Şotlandiya Şotlandiya 0:1 0:1 2:1
3
1
0
2
2
3
-1
2
4. İsveç İsveç 1:2 1:2 1:2
3
0
0
3
3
6
-3
0

Təqvim




Qrup üçüncülərinin cədvəli

[redaktə | mənbəni redaktə et]

Pley-off mərhələsi

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "1990 FİFA Dünya Çempionatının A qrupunun "İtaliya-Avstriya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  2. "1990 FİFA Dünya Çempionatının A qrupunun "Birləşmiş Ştatlar-Çexoslovakiya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2016-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  3. 1 2 "1990 FİFA Dünya Çempionatının A qrupunun "İtaliya-Birləşmiş Ştatlar" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  4. "1990 FİFA Dünya Çempionatının A qrupunun "Avstriya-Çexoslovakiya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  5. 1 2 "1990 FİFA Dünya Çempionatının A qrupunun "Avstriya-Birləşmiş Ştatlar" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2016-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  6. 1 2 3 "1990 FİFA Dünya Çempionatının A qrupunun "İtaliya-Çexoslovakiya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  7. 1 2 "1990 FİFA Dünya Çempionatının B qrupunun "Argentina-Kamerun" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  8. "1990 FİFA Dünya Çempionatının B qrupunun "Sovet İttifaqı-Rumıniya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2019-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  9. "1990 FİFA Dünya Çempionatının B qrupunun "Argentina-Sovet İttifaqı" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  10. "1990 FİFA Dünya Çempionatının B qrupunun "Kamerun-Rumıniya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  11. 1 2 "1990 FİFA Dünya Çempionatının B qrupunun "Kamerun-Sovet İttifaqı" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  12. "1990 FİFA Dünya Çempionatının B qrupunun "Argentina-Rumıniya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  13. "1990 FİFA Dünya Çempionatının C qrupunun "Braziliya-İsveç" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  14. "1990 FİFA Dünya Çempionatının C qrupunun "Kosta Rika-Şotlandiya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  15. "1990 FİFA Dünya Çempionatının C qrupunun "Braziliya-Kosta Rika" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  16. "1990 FİFA Dünya Çempionatının C qrupunun "İsveç-Şotlandiya" görüşünün nəticəsi". FİFA (www.fifa.com). 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.