1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
Çempionat | Talisman | Təsviri |
İngiltərə 1966 | Villi | Üzərində "WORLD CUP" (Dünya kuboku) yazılmış Britaniya bayrağının rənglərində geyimi olan aslan. |
Meksika 1970 | Xuanito | Meksika yığmasının formasını və üzərində "MEXICO 70" yazısı olan sombrero geyinmiş oğlan. |
AFR 1974 | Tip və Top | Üzərində WM (Weltmeisterschaft, Dünya çempionatı) yazısı olan Almaniya yığmasının 74 nömrəli formasını geyinmiş 2 oğlan. |
Argentina 1978 | Qauçito | Argentina yığmasının formasını geyinmiş oğlan. Onun üzərində "ARGENTINA '78" yazısı olan papağı, şarfı və qamçısı qauçoların (kovboyların analoqu) ənənəvi geyimini təmsil edir. Onun adı da ispan dilində qauço sözünün kiçiltmə formasıdır. |
İspaniya 1982 | Naranxito | İspaniya yığmasının formasını geyinmiş portağal. Adı ispan dilindəki naranja – portağal sözündən yaranmışdır. |
Meksika 1986 | Pike | Bığlı və sombrero taxmış, Meksika mətbəxi üçün ənənəvi olan qırmızı istiot. Onun adı ispan dilində ədviyyatları ifadə edən picante sözündən yaranmışdır. |
İtaliya 1990 | Çao | İtaliya bayrağının rənglərində rənglənmiş, başının yerində futbol topu olan insana bənzədilmiş məxluq. Ad qismində İtaliyada ən məşhur olan söz seçilmişdir. |
ABŞ 1994 | Strayker | Üzərində "USA 94" yazısı olan ABŞ bayrağının rənglərində futbol forması geyinmiş it. Personaj Disney şirkəti tərəfindən yaradılmışdır. Adı ingiliscə "futbol hücumçusu" mənasını verir. |
Fransa 1998 | Futiks | Sinəsində "FRANCE 98" yazısı olan, Fransanın simvolu hesab edilən Qall xoruzu. Fransa yığmasının rənginə görə göy rəngdədir. Onun adı futbol sözündən və Fransada populyar komiks və film qəhrəmanı olan Asteriksin adının sonluğundakı -iks hissəciyindən yaranmışdır. |
Koreya/Yaponiya 2002 | Ato, Kaz və Nik | Cənubi Koreya və Yaponiyanın yüksək texnologiyalar ölkəsi olduğunu vurğulamaq üçün kompüter qrafikası ilə yaradılmış narıncı, çəhrayı və mavi rəngli məxluqlar. Hər üçü "Atmobol" (futbola bənzər uydurma oyun) komandasının üzvləridir, Ato – məşqçi, Kaz və Nik isə iyunçulardır. Adlar ev sahibi olan ölkələrdəki internet istifadəçilərinin və Makdonalds müştərilərinin səsverməsi ilə müəyyən edilmişdir. |
Almaniya 2006 | Qoleo və Pille | Almaniya yığmasının 06 nömrəli formasını geyinmiş aslan və danışan top. |
CAR 2010 | Zakumi | Üzərində "SOUTH AFRICA 2014" yazısı olan futbolka geyinmiş, yaşıl saçları olan leopard. Zakumi sözü ZA (CAR-ın adının beynəlxalq kodlaşdırması) və kumi (bəzi Afrika dillərində "on") sözlərindən yaranmışdır. |
Braziliya 2014 | Fuleko | Üzərində "BRAZIL 2014" yazısı olan futbolka geyinmiş, mavi saçları olan zirehgəzdirən. Fuleko sözü Fu (futbol) və leko (ekologiya) sözlərindən yaranmışdır. |
Rusiya 2018 | Zabivaka | Üzərində "RUSSIA 2018" yazısı olan futbolka geyinmiş, qəhvəyi-ağ kürkü olan və narıncı idman eynəyi taxmış canavar. |
Qətər 2022 | Ləib | Gözləri, qaşları və ağzı olan ağ rəngli uçan keffiyə. |
United 2026 | - | - |