Fyodor Pavloviç Reşetnikov (rus. Фёдор Павлович Решетников) — sovet rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1953), SSRİ xalq rəssamı (1974).
Fyodor Reşetnikov | |
---|---|
rus. Фёдор Павлович Решетников | |
Doğum tarixi | |
Doğum yeri | Sursko-Litovskie, Rusiya İmperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili |
|
Janrlar | şarj, portret, süjetli rəsm |
Stil | Sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
Fyodor Pavloviç Reşetnikov 28 iyul 1906-cı ildə Sursko-Litov kəndində (indiki Dnepropetrovsk vilayəti, Ukrayna) anadan olmuşdur.
1929—1934-cü illərdə Moskva Təsviri Sənət İnstitutunda oxumuşdur. Məişət səhnələrinin (əsasən uşaqlara həsr edilmiş), tarixi-inqilabi və batal mövzularda əsərlərin, portret, satirik kompozisiyanın və s. müəllifidir [1].
1945-ci ildən Sov.İKP üzvüdür.
Fyodor Reşetnikov 13 dekabr 1988-ci ildə vəfat etmiş, Moskvada Vaqankov qəbiristanlığında dəfn olunmuşdur[2].
1990-cı ildə Fyodor Reşetnikovun doğma vətəni Sursko-Litovskie kəndində rəssamın milli memorial muzeyi yaradılmışdır[5].