Fyodor Soymonov

Fyodr İvanoviç Soymonov (rus. Фёдор Иванович Соймо́нов; 1692–22 iyul 1780) — Rusiya tədqiqatçısı, hidroqrafı, hərbi xadimi.

Fyodr Soymonov
Fyodr İvanoviç Soymonov
Digər adı rus. Фёдор Иванович Соймо́нов
Doğum tarixi
Doğum yeri Rusiya Rusiya
Vəfat tarixi
Vəfat yeri Moskva, Rusiya
Fəaliyyəti hidroqraf, tədqiqatçı-səyyah[d], xəritəşünas

O, Moskva dənizçilik məktəbini bitirdikdən sonra üç illiyə donanma işini öyrənmək üçün Hollandiyaya getmiş, oradan qayıtdıqdan sonra donanma işinə cəlb edilmişdi. I Pyotrun Xəzər dənizinin qərb sahili əraziləri ilə maraqlanması F.İ.Soymonovun da bu işə cəlb edilməsilə nəticələndi və o, kapitan- leytenant Karl Fon Verdenlə birlikdə 1719-cu ildə bu əraziləri tədqiq etmək üçün göndərildi. Onların gərgin əməyi nəticəsində 1721-ci ildə Xəzər dənizinin qərb və cənub sahillərinin xəritəsi tərtib olundu. Həmin ildə tərtib olunmuş bu xəritə I Pyotr tərəfindən Paris Elmlər Akademiyasına hədiyyə olaraq göndərilmişdi. F.İ.Soymonov I Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzərsahili ərazilərə yürüş zamanı qoşunların tərkibində donanma zabiti kimi fəal iştirak etmişdi. 1727-ci ilə qədər Xəzərsahili ərazilərdə fəaliyyət göstərmiş bu donanma zabiti sonrakı illər- də yüksək vəzifələrdə işləmişdir. F.İ.Soymonov Xəzər dənizinin qərb sahillərini tədqiq etdiyi və bu ərazilərdə hərbi fəaliyyəti illərində öz xatirələrini qələmə almışdı. Onun xatirələri Q.R.Müller tərəfindən 1763-cü ildə çap edilmişdir. F.İ.Soymonovun səyahətnaməsi Dərbənd, Bakı, Rəşt, Niyazabad, Salyan şəhərlərinin coğrafi təsviri ilə yanaşı ölkənin iqtisadi və siyasi həyatı haqqında zəngin, maraqlı məlumatlar mənbəyidir və XVIII əsrin əvvəllərində Azərbaycanın iqtisadi-siyasi həyatını öyrənmək baxımından çox qiymətlidir. Əsərdə Azərbaycanın təbii sərvətləri, kənd təsərrüfatı, bağçılığı, meyvəçiliyi ətraflı şəkildə şəhr edilmiş, rus qoşunlarının Xəzərsahili ərazilərə hücumları və bu əraziləri işğal etməsi kimi siyasi hadisələr qabarıq surətdə təsvir edilmişdir.

  • Бобынин В. В. Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб.: 1890–1907.
  • Берх. Жизнеописания первых российских адмиралов, или опыт истории российского флота.
  • Гольденберг Л. А. Фёдор Иванович Соймонов (1692–1780) / Отв. ред. д-р ист. наук А. А. Новосельский; Академия наук СССР. — М.: Наука, 1966. — 264 с. — (Научно-биографическая серия). — 5000 экз.
  • Гольденберг Л. А. Каторжанин — сибирский губернатор: Жизнь и труды Ф. И. Соймонова. — Магадан: Кн. изд-во, 1979. — 288 с. — (Дальневосточная историческая библиотека). — 15 000 экз. (в пер.)
  • Персидская война 1722–1725. (Материалы для истории царствования Петра Великого) // Русский вестник, № 4. 1867
  • Григорьев С. В. Биографический словарь. Естествознание и техника в Карелии. — Петрозаводск: Карелия, 1973. — С. 212. — 269 с. — 1000 экз.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]