Fyuçers Müqaviləsi

Fyuçers müqaviləsi yaxud Birja əqdi [1] (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.[2]

Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır.

Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlərspekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar.

Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır.

1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlarbazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər.

Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.

Fyuçers və Opsionun müqayisəsi

[redaktə | mənbəni redaktə et]

Fyuçersin opsiondan əsas fərqi ondadır ki, fyuçers müqaviləsində müqavilə bağlayan şəxsin hüquqları deyil, istənilən halda müqaviləni onda göstərilən müddətdə qeyd-şərtsiz icra etmək öhdəlikləri reallaşır. Buna görə də fyuçerslə bağlı maliyyə riski də opsionla aparılan əməliyyatlardakına nisbətən daha yüksəkdir.

Fyuçers sövdələşmələrinin məqsədi bazarda əlverişsiz konyunktura ilə əlaqədar maliyyə itkilərindən sığortalama (hecinq), eləcə də birjada spekulyativ əməliyyatlar nəticəsində gəlirin artırılmasıdır. Fyuçerslərlə ticarət qiymətlərin kəskin dəyişmələri zamanı maliyyə itkiləri riskini azaltmağa, zərərləri ödəmək üçün lazım olan ehtiyat fondunun həcmini azaltmağa, avans kapitalının nağd-pul formasında qaytarılmasını sürətləndirməyə, dövriyyə məsrəflərini azaltmağa imkan verir.

Fond bazarında fyuçers müqavilələrinin bağlanma obyekti təminatsız qiymətli kağızlar – yəni, faktiki olaraq satıcıya məxsus olmayan, üçüncü şəxsdən 40-60% girovla borca alınan qiymətli kağızlardır.

Oyunçu hər səhmə 500 rubl olmaqla təminatsız səhm satışına fyuçers müqaviləsi bağlayır.

Əgər reallaşma tarixinə səhmlərin məzənnəsi 300 rubladək enirsə, oyunçu səhmləri alır və hər səhmə 500-300=200 rubl gəlir əldə edir.

Əgər reallaşma tarixinə səhmlərin məzənnəsi 800 rubladək qalxırsa, oyunçunun ziyanı hər səhmə 800-500=300 rubldur.

Aydındır ki, həqiqətdə maliyyə alətləri ilə əməliyyatlar göstərilmiş təsvirlərə nisbətən daha mürəkkəb və müxtəlifdirlər. Onlar yalnız təcrübədə anlaşılan bir sıra xüsusiyyətlərə və nüanslara malikdirlər.[3]

  1. "ABŞ nefti "o dünyanı" görüb qayıtdı: mənfi 38 dollara qədər ucuzlaşma". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.
  2. "Qızıl futures bazarı necə işləyir?". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  3. "Törəmə maliyyə". 2016-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.