Gömeç qülləsi

Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi.

Gömeç qülləsi
Xəritə
Ümumi məlumatlar
Növü arxeoloji ərazi[d]
Ölkə
Koordinatlar 36°29′25″ şm. e. 34°08′08″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yer[redaktə | mənbəni redaktə et]

Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır.

Təsvir[redaktə | mənbəni redaktə et]

Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir.

Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var. Birinci mərtəbənin qərb divarında hələ də yarıq bir pəncərə mövcuddur. Heç bir mərtəbənin şimal divarından pəncərə açılmamışdır. Qapı içəri və sağa tərəf açılır.

Qüllənin ətrafında zeytun yağı presi də daxil olmaqla müxtəlif tikililərin dağıntıları var.

Kilikiyadakı qüllələr[redaktə | mənbəni redaktə et]

Kilikiyada, xüsusən də Kalikadnos (müasir Göksu) və Lamos (müasir Limonlu) çayları arasındakı ərazidə bir çox EllinRoma qalaları var. Bunlardan bəziləri sərbəst, bəziləri isə yaşayış məntəqələrinin və ya qalaların bir hissəsi olsa da, hamısının gözətçi qülləsi rolunu oynadığı düşünülür. Qüllələr ərazinin xarici hücumlardan, xüsusən də eramızdan əvvəl II əsrdə bölgənin Selevkilərdən Romanın hakimiyyəti altına keçdiyi dövrdə bölgədə məskunlaşmış piratlardan qorumuşdur. Bu qüllələrin eyni zamanda, ev və anbar kimi də xidmət etdiyi görünür.

Tikililərin alt mərtəbələri qaranlıq idi. Bu səbəbdən, bu hissə taxıl kimi qida məhsullarının saxlanılması üçün və ya ətrafdakılar üçün sığınacaq yeri olaraq istifadə edilmiş ola bilər. Müstəlif qüllələrin bənzər üsluba sahib olması və bir-birindən üç-beş kilometr məsafədə yerləşməsinə görə, onların bir qrup şəklində inşa edildikləri və bəlkə də siqnallardan istifadə edərək bir-birləri ilə əlaqə qurduqları qənaətinə gəlmək olar. Qüllələr ehtimal ki, e.ə. 133-cü ildə Selevki hakimiyyətinin sonu ilə e.ə. 65-də Pompey tərəfindən quldurların məğlub edilməsi və ərazinin eramızın 74-cü ilində Roma əyalətinə çevrilməsi arasında inşa edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İosif Keyl, Adolf Vilhelm: Denkmäler aus dem rauhen Kilikien, (= MAMA 3), Mançester 1931, səh. 119–120 Tab. 45 Fig. 146
  • Serra Durugönül: Türme und Siedlungen im Rauhen Kilikien. Asia Minor Studien Band 28. Rudolf Habelt, Bonn 1998 ISBN 3-7749-2840-1 səh. 66–74