Limonlu çayı (q.yun. Λάμος Lamos; lat. Lamus) və ya Gökler çayı ― qədim Kilikyada, müasir Türkiyənin Mersin ilində çay.
Limonlu çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Aralıq dənizi |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Çay Tavr dağlarındakı Yüğlük dağından başlayır və Ərdəmli ilçəsindəki Limonlu (qədim Antakiya Lamotis) qəsəbəsi ərazisində Aralıq dənizinə tökülənə qədər dərin dərəsi boyu cənub-qərb istiqamətində axır. Hövzəsinin təxminən yarısında qərbdən qol olaraq Susama çayını qəbul edir.
Limonlu qəsəbəsində, çayın mənsəbindən təxminən 500 metr qərbdə, sağ sahilindəki düz təpə üzərində orta əsrə aid Limonlu qülləsi yerləşir. Çayın üzərindən qüllənin altında yerləşən və ehtimal ki, daha əvvəlki bir Roma körpüsünün yerində tikilmiş, Osmanlı dövrünə aid körpü keçir. Qəsəbənin şimalında çaydan qədim Elaiussa Sebaste və Korikus şəhərlərinə su daşımış su kəmərinin qalıqları var.
Çayın qədim adı Lamos (q.yun. Λάμος: lat. Lamus, ərəb. اللامس al-Lāmis) olmuşdur. Çay qərbdən Dağlıq Klikiya (Kilikia Traxeya) ilə şərqdən Düzənlik Kilikiya (Kilikia Pedias) arasındakı sərhədi təşkil etmişdir. Çayın mənsəbindəki Antakya Lamotis və ya əvvəlki adı ilə Lamos əvvəllər ətraf regionun, Lamotisin paytaxtı olmuşdur.[1][2] Daha sonralar imperatorluğun Kleysoura olaraq tanınan sərhəd bölgəsinin bir hissəsi olan Seleukiya (Silifke) Bizansın şərq sərhədini təşkil etdmişdir. Beləliklə, çay imperatorluğun İslam xilafəti ilə sərhədinin bir hissəsini təşkil edirdi. 9–10-cu əsrlərdə çay bir neçə Ərəb-Bizans əsir mübadiləsinin yeri idi. Bu mübadilənin birincisi 797 və ya 805-ci illərdə xəlifə Harun ər-Rəşid və Bizans İmparatoru I Nikeforun dövründə olmuşdur.[3] Mübadilədə on iki gün ərzində 3 700 ərəb məhbus sərbəst buraxılmışdır. Son məhbus mübadiləsi 946-cı ildə VII Konstantin və Əl-Mutinin dövründə baş vermişdir. 2 482 müsəlman kişi və qadın sərbəst buraxılmış, 230 nəfər isə əsirlikdə saxlanılmışdı. Sonralar bu proses sərhəd irəlilədikcə Bizansa aid olan başqa yerlərdə həyata keçirilməyə başlamışdır.