Gövhər Zeynalova

Gövhər Zeynalova (25 iyun 1923, Bakı28 iyun 1997, Bakı) — üzvü və neft kimya sahəsində görkəmli alim, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, texnika elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcılarından biri.

Gövhər Zeynalova
Gövhər Əli qızı Zeynalova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı

Gövhər Əli qızı Zeynalova 1923-cü il iyun ayının 25-də Bakı şəhərində anadan olmuşdur. O 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və 1945-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AETNEİ-də) elmi fəaliyyətə başlamışdır. 1951-ci ildə Gövhər xanım elmlər namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1968-ci ildə G.Ə.Zeynalovaya professor adı verilmişdir. Keçən əsrin 50-ci illərində texniki tərəqqi xalq təsərrüfatının bütün sahələrində maşın və mexanizmlərin sayının artmasına gətirib çıxartdı. Bu isə sürtkü materiallarının və xüsusilə də sürtkü yağlarının keyfiyyətinin yüksəldilməsi problemini çox kəskin şəkildə qarşıya qoydu. Bu da öz növbəsində neft kimyasında yeni istiqamətin – sürtkü yağlarına aşqarlar kimyasının formalaşmasına gətirib çıxartdı. Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə keçmiş SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi. G.Ə.Zeynalova 1965-ci ildən ömrünün axırına kimi Aşqarlar Kimyası İnstitutunda, əvvəl laboratoriya müdiri, sonra isə konsultant kimi çalışmışdır.Gövhər xanım Zeynalova öz işində həm tələbkar, həm də artıq dərəcədə dəqiq və məsuliyyətli olmaqla yanaşı, təvazökar, ətrafındakılara və övladlarına qarşı çox qayğıkeş insan idi. Görkəmli alim G.Ə.Zeynalova 28 iyun 1997-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

G.Ə.Zeynalova, akademik Ə.M.Quliyev və əməkdaşları 1970-ci ildə Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəldən yeni aşqarların sintezi, texnologiyasının hazırlanması, sənayedə tətbiqi və onların əsasında sürtkü kompozisiyaları yaratdıqlarına görə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görüldülər. Motor yağlarının stabilliyini artırmaq üçün bir sıra azot-, hidroksil-, fosfor-, kükürd- tərkibli birləşmələr sintez edilmişdir. Sintez edilmiş birləşmələrdən АзНИИ-11, ИНХП-25, ИНХП-21 və s. ən effektli oksidləşməyə qarşı aşqarlar idi. Gövhər xanımın bilavasitə rəhbərliyi və iştirakı ilə 1975-ci ildə Sumqayıt Aşqarlar zavodunda ИХП −101 və БФКу aşqarları, 1979–2000-ci illərdə isə ИHХП −21 və ИХП-21 aşqarları keçmiş SSRİ-n Başqırdıstanın Ufa şəhərinin Neft emalı zavodunda, sənaye miqyasında istehsal edilib. Bu aşqarlar əsasında M-16 ИХП-3, Дп-11у, М-12Ву, М-8В, М-10Г2 və s. sürtkü kompozisiyaları hazırlanmış və motor yağlarının keyfiyyətini yüksəltmək üçün geniş tətbiq olunmuşdur. Həmin yaradılan kompozisiyalar dövlətə ildə küllü miqdarda vəsaitə qənaət etməyə imkan vermişdir. O, öz elmi fəaliyyətində dövrümüzün təlabatına müvafiq olaraq elm və təcrübənin əlaqəsinə xüsusi diqqət yetirən qadın alimlərimizdən biri olmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

G.Ə.Zeynalova çoxlu sayda dəyərli elmi məqalələrin o cümlədən, 150-dən çox müəlliflik şəhadətnaməsinin müəllifidir. O, bir sıra beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə çixış etmişdir.

  • Зейналова Г.А.,Нагиева Э.А. //Способ получения многофункциональной присадки к смазочным маслам // ixtira // Авторское свидетельство СССР, № 1823486, 1990
  • Зейналова Г.А.,Кязим-заде А.К.,Мамедова А.Х.//Смазочное масло // ixtira // Авторское свидетельство СССР, № 1774647, 1990
  • Зейналова Г.А., Нагиева Э.А., Кязим-заде А.К.,Мамедова А.Х. // Смазочная композиция // ixtira// Рос.пат.№ 2015159, 1990
  • Зейналова Г.А., Нагиева Э.А.,Кязим-заде А.К.,Мамедова А.Х.,Мамедова Р.А. //Беззольные дитиофосфатные присадки к смазочным маслам// Журнал "Нефтепереработка и нефтехимия",1992,№ 4,-С.16–18
  • Зейналова Г.А., Нагиева Э.А.,Кязим-заде А.К.,Мамедова А.Х., Мамедова Р.А. //Беззольные дитиофосфатные присадки к смазочным маслам // "Химия и технология топлив и масел". 1993, № 4, С.15
  • Кязим-заде А.К.,Нагиева Э.А., Зейналова Г.А. // Многофункциональная алкилфенолятная присадка к моторным маслам //"Нефтепереработка и нефтехимия", 1997,№ 2,-С.29–31
  • Зейналова Г.А., Нагиева Э.А., Кязим-заде А.К., Мамедова Р.А. // Многофункциональные присадки к смазочным маслам //6-ое Совещание по химическим реактивам ,УФА-Баку 5–9 октября 1993г., -C.4
  • Зейналова Г.А.,Нагиева Э.А.,Кязим-заде А.К.,Мамедова Р.А. //Серосодержащая алкилфенолятная присадка к смазочным маслам //Тезисы докладов ХIХ Всероссий конф.по химии и техн.органичес-

ких соединений серы. г.Казань. 1995г.,-С. 267

  • Зейналова Г.А., Нагиева Э.А., Кязим-заде А.К. //Использование отходов от производства алкилфенолятных присадок //Тезисы докладов III Муждународного Бакинского конгресса "Энергия

в составе буровых растворов Экология, Экономика". Баку. 1995г.,-С.3–11

Gənc elmi kadrların hazırlanması işinə də o, xüsusi diqqətini yetirirərək 3 elmlər doktoru və 15 elmlər namizədi yetişdirmişdir.

G.Ə.Zeynalovanın əməyi dövlət tərəfəndən layiqincə qiymətləndirilərək, "Şərəf nişanı" ordeni, "Əmək rəşadətinə görə"medalı iıə təltif edilmişdir. Onun tərəfindən yaradılmış səmərəli aşqarların istehsal texnologiyasının maketləri dəfələrlə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyətləri Sərgisində nümayiş etdirilmiş və öz növbəsində 2 gümüş və bürünc medallara layiq görülmüşdür.


  • A.Məhərrəmov,M.Allahverdiyev, R.Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998.