Gövhər ağa Cavanşir (tarixi roman)

Gövhər ağa CavanşirMehriban Vəzirin 2018-ci ildə nəşr olunmuş Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi-mesenat Gövhərnisə bəyim Sarıcal-Cavanşir barədə tarixi romanı.

Gövhər ağa Cavanşir
Kitabın üz tərəfi
Kitabın üz tərəfi
Müəllif Mehriban Vəzir
Janr Tarixi roman
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat Bakı Kitab Klubu (2018)
Tiraj 100

Məzmun[redaktə | mənbəni redaktə et]

Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır.

Nəşr və tərcümə[redaktə | mənbəni redaktə et]

Kitab ilk dəfə 2018-ci ildə Bakı Kitab Klubunda 214 səhifədə nəşr edilib.[1]

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Gövhər ağa Cavanşir" adlı tarixi romanı nəşr edildi" (az.)). aztoday.az. 2018-10-22. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  2. ""Gövhər ağa Cavanşir" romanı təqdim olunacaq" (az.)). manera.az. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]