Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1] Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini.
Mehriban Vəzir | |
---|---|
Sədr | Mirmahmud Mirəlioğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1957 (65 yaş) |
Doğum yeri | |
Təhsili |
Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur.
2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır.
Yazıçılar Birliyinin üzvüdür.
"Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |