Vahid Qazi (tam adı: Qazi Vahid Pərviz oğlu; 22 mart 1968, Ağdam) — Azərbaycanlı yazıçı, publisist, bloger.
Vahid Qazi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı, publisist, bloger[d], jurnalist, redaktor |
vahidqazi.com |
Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub.
Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.
1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib.
1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.
Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.
Bir çox ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda çıxışlar edib. Keçmiş kommunist ölkələrində demokratik mübarizələrə beynəlxalq dəstək layihələrində fəallıq göstərib. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçılıq edib.
2012-ci ildən İsveçdə yaşayır.
1990–1992-ci illərdə "Ədalət" qəzetində müxbir işləyib.
1992-ci ilin avqustundan 1993-cü ilin martınadək "Azərbaycan" qəzetində xüsusi müxbir olub.
1993-cü ilin 18 martından həmin ilin 23 iyulunadək – Ağdamın işğal gününədək Azərbaycan Respublikası Prezidentinin Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib.
1993–1995-ci illərdə Müsavat partiyasının mətbuat xidmətində çalışıb.
1995–2012-ci illərdə "İnam" Plüralizm Mərkəzinin sədri olub.
2002–2012-ci illərdə "III Sektor", "Svobodnaya volya", "Toplum" jurnallarına redaktorluq eləyib.
Web: https://vahidqazi.wordpress.com/