Gövhəri

Gövhəri (XVII əsrXVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri.

Gövhəri
Doğum tarixi XVII əsr
Vəfat tarixi XVIII əsr
Fəaliyyəti yazıçı

XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində:

Gevheri tahirdir Mustafa ismim// Bir katre meniden halk oldu cismim.

-misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır. Onun divan tərzində əruz vəznində yazdığı əsərlər diqqəti cəlb etmişdir. Ancaq, şübhəsiz ki, Gövhərini ən çox tanıdan onun heca vəznində yazdığı qoşmalar, türkülər, manilər olmuşdur. Onun xalq şeri tərzində qələmə aldığı əsərlər indi də sevib-sevilə oxunmaqdadır. Onun divan tərzində əruz vəznində yazdığı əsərlər diqqəti cəlb etmişdir. Ancaq, şübhəsiz ki, Gövhərini ən çox tanıdan onun heca vəznində yazdığı qoşmalar, türkülər, manilər olmuşdur. Onun xalq şeiri tərzində qələmə aldığı əsərlər indi də sevib-sevilə oxunmaqdadır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gövhərinin şerlərinin başlıca mövzusu sevgidir. Saz şairi şerlərində vüsal həsrətindən, vüsalın zövqündən mərhum olduğundan, hicran atəşində qovrulduğundan söhbət açır, fəraq və ayrılıq dəmlərindən şikayətlənərək yazırdı. Sevgilini "qan içən qanlı zalım" adlandırdığı bu deyim tərzi dövrü üçün yenidir. Bu qan içən qanlı zalım öz aşiqini öldürməyi artıq özünə peşə etmişdir və o bundan zövq almaqdadır. Cüngdə aşkar edilən şerlər içərisində elələri də vardır ki, Gövhərinin olduğu halda, başqalarının adma yazılmışdır və yaxud da, əksinə, başqalarının şerləri sonralar onun adma çıxılıbdır. Son zamanlar araşdırmacı Orxan Yavuz Konyanı Ərmənək qəzasında saxlanılan bir cüngdə Gövhərinin 20 şerini aşkara çıxarmışdır. Həmin şerlərin bir qismini "Türk Dünyası Araşdırmaları" jurnalının tanınmış alim Faruq K.Timurtaşm xatirəsinə həsr edilmiş 1983-cü il dekabr (№ 27) nömrəsində dərc etdirmişdir. Orxan Yavuz onun bu şerlərini əvvəlcə çap olunmuşlarla tutuşdurub fərqlərini də ortaya çıxarmışdır.

Seni bana gayet güzel dediler,

Mübarek cemalın görmeğe geldim.

Şeftalini der de derman dediler,

Hakikat mıdır sormağa geldim.

bəndi ilə başlayan şerin Gövherinin olduğu halda, sonralar Qaracaoğlanın adına yazıldığını söyləyən Orxan Yavuz bunun, hətta, Fuad Köprülü tərəfindən Kuloğluna məxsus olduğunu qeyd edir. Cüngdə üç bənddən ibarət olan bu şer, başqa nəşrlərdə altı bənd olaraq təqdim edilibdir. Şer o qədər təsirli, cəlbedicidir ki, yuxarıda Qaracaoğlandan da danışarkən söylədiyimiz kimi, hətta, Rza Tofiq kimi məşhur sənətkar onun formasından yararlanaraq, "Fikrətin məzarında" əsərini qələmə almışdır. Gövhərinin şerləri öz orijinal ifadələrilə də seçilir. Türk dilində "sürəklilik fiili", yaxud da "devamlılık fıili" deyilən iş və hərəkətin həmişə davam etdiyini bildirən fel vardır. Məsələn, "böyle olagelmiş, boyle olagider" (həmişə belə olub, belə olacaq), "bakakalmak" (baxa-baxa qalmaq), "yazadurmak" (həmişə yazmaq) örnəklərində olduğu kimi. Bu tipli fellərlə şerlər yazan şairə Türkiyə ədəbiyyatında rast gəlmək, demək olar ki, olmaz. Amma Aşıq Gövhərinin yaradıcılığında belə ifadələrlə meydana gətirilmiş şeirlər mövcuddur.

Aşıq Gövhərinin yaradıcılığında yeni tipli rədiflərə, sözlərə, ifadələrə çox yer verilmişdir. Bu onu göstərir ki, aşıq tapdanmış cığırla getmək istəməmiş, yeniliklər etməyi xoşlamış, orijinallığa daha çox önəm vermişdir. Qısqanclıqla bağlı çox əsərlər yazılmışdır. Yuxarıda Aşıq Ömərin bu mövzuda və eyni rədifli bir gözəl səmaisindən söhbət etmişdik. Ancaq Gövhərinin aşağıdakı səmaisi də nə qədər orijinaldır:

Ela gözlü nazlı dilber,

Seni kandan sakınırım.

Kandan değil, hey efendim,

Seni candan sakınırım.

O yana, bu yana bakma,

Beni ateşlere yakma,

Elini koynuna sokma,

Seni senden sakınırım.

Gevheri der ben bir mer dim,

Yüreyimden çıkmaz derdim,

Sen bir kuzu, ben bir kurdum,

Seni benden sakınırım.

Saz şairi Gövhərini divan ədəbiyyatı ilə bağlayan onun yalnız əruz vəznində yazdıqları əsərlər deyildi. O, eyni zamanda klassik şairlərdən ustalıqla istifadə etməyi də bacarırdı. Özəlliklə də onun Füzulisayaq söylədiyi şerlər bunu deməyə bizə haqq verir:

Gece demem, gündüz demem ağlarım,

Derdime derd ile merhem bağlarım,

Vefasın tutmazsan deyi ağlarım,

A kar gözüm yaşı, çağlar ne güzel.

deyən Gövhəri "dərdinə dərd ilə məlhəm bağlamaqla" kifayətlənmir, şəlalə kimi çağlayıb-axan göz yaşlarından da təsəlli tapır, çünki gecə-gündüz dayanmadan ağlayan gözləri məhəbbət yolunda ağlayır… Aşıq Gövhəri yalnız yazıb-yaratdığı dövrdə deyil, özündən sonralar da Türkiyə aşıqları içərisində sayılan-seçilən ustad kimi sevilmiş, onun şerləri təkcə aşıqlar üçün yox, həmçinin aşıq tərzində yazan yazılı ədəbiyyatın nümayəndələri üçün də örnək olubdur.