Göyərçinqala (Urmiya)

Göyərçinqala (fars. گورچين قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.

Göyərçinqala
37°32′46″ şm. e. 45°14′40″ ş. u.HGYO
Ölkə
Region Qərbi Azərbaycan ostanı
Rayon Urmiya şəhristanı
Əhalisi
Əhalisi 598 nəfər (2006)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Şiə müsəlmanlar[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +98044
Xəritəni göstər/gizlə
Göyərçinqala xəritədə
Göyərçinqala
Göyərçinqala
Kəndin küçələrindən biri

Göyərçinqala yaşayış yeri Urmudan 70 kilometr şimalda, Salmasdan isə 50 kilometr cənubda Urmu gölünün qırağında yerləşir. Kənd Bəydağı, Quzey və Başlar dağları ilə əhatə olunub.[2] Kənd Qarabağ, Qalqaçı, Müğartel və Boydaş kəndləri ilə qonşu olaraq, Ənzəl mahalının mərkəzi olan Quşçudan 20 kilometr aralıdır.[3]

Kəndin su qaynağları

[redaktə | mənbəni redaktə et]
  • Bostanava
  • Gengərz (Genkəhriz)
  • Arcabulağ (Kəndin ən böyük su qaynağı)
  • Təzəgöl
  • Hiçov
  • Dərəgölü
  • Şahbulağı
  • Söyüdbulağı
  • Acıgöl
  • Ortagöl
  • Minqatan

Ancaq bu bulağların çoxu son bir neçə ildə qurumuşdur. Hazırda kəndin içməli suyu Salmasın yaxınlığından təmin edilir. Bunlardan yalnız Arcabulağın suyu qurumamışdır[4].

  • Acıl
  • Müzəfər
  • Obatı
  • Qaraquşu
  • Şıx Barat
Kazım Daşı

Kənddə bir ibtidai məktəb, bir böyük məscid və hüseyniyyə, bir neçə mağaza vardır. Bu kəndin tarixi abidələrindən Göyərçinqala qəsri (Kazımxan Quşcunun sığınacağı) və onun əski hamamının adını çəkmək olar.[5]

2006-cı il məlumatına görə kənddə 598 nəfər[6] yaşayır (194 ailə). Burada yaşayanların ən önəmli problemi susuzluqdur, belə ki əhalinin bir qismi son bir neçə ildə burada suyun az olması səbəbindən kəndi tərk edərək, Urmiya, Tehran və başqa yerlərə köç ediblər.[7]

  1. "kəndin dini". 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  2. "kəndimiz". 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  3. "Göyərçinqala". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  4. "bulağlar". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  5. "kəndin görməli yerləri". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  6. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
  7. "problemlər". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.