Kazım Daşı adası[1] — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir.
Kazım Daşı | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 1.364 m |
Yerləşməsi | |
38°03′27″ şm. e. 45°11′47″ ş. u.HGYO | |
Ölkə | İran |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi. Qənimətlərin bir hissəsi Mengü xana (1251–1259) göndərildi, digər hissəsi isə Salmas ilə Urmiya arasında yer alan Qırxlar adasında (Kazım Daşına) gizlədildi[2]