Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı.[1] Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır.[2][3]
Göy qulaq | |
---|---|
ing. Blue Ear | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | 2012 |
Yaradıcı(lar) |
Nelson Ribeyro Manni Mederos |
Xüsusiyyətlər | |
Əsl adı | Antoni Smit |
Cinsiyyəti | kişi |
Növü | insan |
Komiks bioqrafiyası | |
Silahları | eşitmə aparatı |
4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı[4] super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".[5] Marvel Comics Alessandro ailəsi 1980-ci illərdə Şahingözün eşitmə qabiliyyətinin 80 %-ni itirdiyindən eşitmə aparatı taxdığı sayları və üzərində Göy qulaq və "Eşitmə aparatıma təşəkkür edirəm! Onun sayəsində darda olanları eşidə bilirəm!" sözləri yer alan komiks göndərmişdir.[6][7]
Növbəti həftə Smit komiksi də götürərək məktəbəqədər təhsil müəssəsinə aparmışdır.[8] Smitin babası və Nyu-Hempşir senatı Lou Alessandro demişdir: "Bunun yaxşı an olduğunu düşünürəm. Bu yaxşı hekayə idi. Dünya bunu bilməlidir".[9] 2013-cü ilin martında Antoni Smit Ünsiyyət və Eşitmə Mərkəzində posterdə yer almaq üçün keçirilən tədbirdə iştirak etmişdir.[10]