Göygöz Kosa

Göygöz Kosa — 1935-ci ildə yazıçı Məmmədhüseyn Təhmasibin yazdığı "Çiçəkli dağ" alleqorik pyesinin mənfi presonajı.

Göygöz Kosa
Yaradan Məmmədhüseyn Təhmasib
Əsər "Çiçəkli Dağ" pyesi
İlk görünmə I pərdə
Uyğunlaşdırma Bir qalanın sirri
Uyğunlaşdırma adı Göygöz Kosa
Canlandıran Andrey Fayt
Məlumat
Tam adı Göygöz Kosa
Növü İnsan
Cinsi Kişi
Yaşayış yeri Qanlı qala
Peşəsi Vəzir
Çalışdığı yer Qanlı qala
Silahı Sehirli çubuq
Tanınır Cadugər kimi

Göygöz Kosa, Simnar xanın vəziridir və xalqa qarşı çox qəddar və acımasızdır. Eyni zamanda cadugərdir və müxtəlif cildlərə girərək hər kəsi aldada bilir.

Simnar xan xalqın torpağını və suyunu əlindən almışdır. Göygöz Kosa isə hər yeri öz cadusu ilə ot bitməz, su axmaz qayalığa çevirib. Bunun üçün Həkim Baba daş əridən məlhəm hazırlayır. Simnar xana xidmət edən Göygöz Kosa, dərmanı ələ keçirmək üçün əlindən gələni edən əsas şəxsdir.[1]

Uyğunlaşdırma

[redaktə | mənbəni redaktə et]

İlk film uyğunlaşdırması 1959-cu ildə resjissor Əlisəttar Atakişiyevin, yazıçı Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesinin motivləri əsasında çəkdiyi "Bir qalanın sirri" filmidir. Filmdə Göygöz Kosa obrazını sovet teatr və kino aktyoru Andrey Fayt canlandırıb. Ehtimal olunur ki, obrazın kostyumunun dizaynı Ağa Məhəmməd şah Qacarın rəsmlərdəki təsviri geyim tərzindən götürülüb.