Əlisəttar Atakişiyev

Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru.[1]

Əlisəttar Atakişiyev
Əlisəttar Ələsgər oğlu Atakişiyev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Atası Ələsgər Atakişiyev
Fəaliyyəti Rejissor, operator
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960 "Stalin" mükafatı SSRİ Dövlət mükafatı
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
IMDb ID1135188

Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.

Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb.[2] Estoniyanın ilk rəngli filmini çəkib.

Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur[3].

Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir.[4] Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.[5]

Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.

  1. Arşın mal alan (film, 1945)Quruluşçu Operator
  2. Azərbaycanın müalicə ocaqları (film, 1951)Quruluşçu RejissorQuruluşçu Operator
  3. Bakılılar (film, 1938)Operator
  4. Bir ailə (film, 1943)Quruluşçu Operator
  5. Bir qalanın sirri (film, 1959)Quruluşçu Rejissor
  6. Bizim küçə (film, 1961)Quruluşçu Rejissor
  7. Doğma xalqıma (film, 1954)Quruluşçu Operator
  8. Fətəli xan (film, 1947)Quruluşçu Operator
  9. İstintaq davam edir (film, 1966)Quruluşçu Rejissor
  10. Xalq Yaradıcılığı Festivalı (film, 1937)Quruluşçu RejissorQuruluşçu Operator
  11. Qərib cinlər diyarında (film, 1977)Quruluşçu Rejissor
  12. Mahnı belə yaranır (film, 1957)Geyim Rəssamı
  13. Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
  14. O olmasın, bu olsun (film, 1956)Quruluşçu Operator
  15. Sehrli xalat (film, 1964)Quruluşçu Rejissor, Ssenari müəllifi
  16. Səhər nəğməsi (film, 1950)Quruluşçu Operator
  17. Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator
  18. Sovqat (film, 1942)Quruluşçu Rəssam
  19. Sualtı qayıq "T-9" (film, 1943)Quruluşçu Operator
  20. Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
  21. Uzaq sahillərdə (film, 1958)Quruluşçu Operator
  1. Məmmədli O. "Sehirli xalat" və ya nağıla çevrilən uşaqlıq: [Rejissor Əlisəttar Atakişiyevin eyni adlı filminin baş qəhrəmanı Zərifə (Solmaz Hətəmova) ilə müsahibə] //Xalq cəbhəsi.- 2008.- 21 may.- S. 10.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  3. Atakişiyev Əlisəttar Ələsgər oğlu
  4. "İbrahimin sərgüzəştləri" [Ə. Atakişiyevin eyniadlı kitabının Moskvada çapdan çıxması haqqında] //Ədəbiyyat və incəsənət.- 1971.- 5 iyun.- səh. 16
  5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 233-234.
  • ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Atakişiyev, Ə. "Məhəbbətimi tapmışam" [İstedadlı kino ustası, rejissor, operator, ssenarist və… rəssam haqqında] //Bakı.- 1969.- 3 sentyabr.
  • Atakişiyev, Ə. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]