Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Göylər məscidi — Azərbaycanın Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. XII-XIII əsrlərdə inşa edilən məscid Şamaxı rayon mərkəzindən 16 km cənub–qərbdə yerləşir.
Göylər məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Göylər kəndi |
Aidiyyatı | Şirvanşahlar |
Tikilmə tarixi | XII-XIII əsrlər |
|
Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir.