Şirvanşahlar

Bu məqalə Şirvanşahlar sülaləsi haqqındadır. Digər mənalar üçün Şirvanşahlar (dəqiqləşdirmə) səhifəsinə baxın.

ŞirvanşahlarŞirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir.[1] Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə,[2] çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[3].

Şirvanşahlar
Banisi I Heysəm
Sonuncu hökmdar Şahrux
Əsası qoyulub 861
Soyun kəsilməsi 1583? (Əbubəkr mirzə Dərbəndinin öldüyü il. Oğlu Bürhan mirzə Dərbəndi haqqında məlumat yoxdur)
Milliyyət ərəb
Titullar
Şirvanşah
Layzanşah
Dərbənd əmiri

Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir.[4] Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799–801-ci illərdə Aran, Şirvan, Dərbənd və indiki Ermənistan ərazisinin hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.[5]

859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdaan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.

Rəsm Adı Hakimiyyət dövrü Əvvəlki şahlarla əlaqəsi
Ərməniyyə hakimləri[6]
Yəzid ibn Məzyəd 787–788
799–801
Məzyədilər sülaləsinin banisi
Əhməd ibn Məzyəd ? Yəzid ibn Məzyədin qardaşı
Əsəd ibn Yəzid 801–802~810 Yəzid ibn Məzyədin oğlu
Məhəmməd ibn Yəzid 802–803 Yəzid ibn Məzyədin oğlu
Xalid ibn Yəzid ~813

828–832 841–844

Yəzid ibn Məzyədin oğlu
Məhəmməd ibn Xalid 844–849 Xalid ibn Yəzidin oğlu
Heysəm ibn Xalid 849–861 Xalid ibn Yəzidin oğlu
Şirvanşahlar (Heysəm oğulları)
I Heysəm 861 — ? Xalid ibn Yəzidin oğlu
I Məhəmməd ? — ? I Heysəmin oğlu
II Heysəm ? — ? I Məhəmmədin oğlu
I Əli ? — 917 II Heysəmin oğlu
Layzanşahlar (Yəzid oğulları)
I Yəzid 861 — ? Xalid ibn Yəzidin oğlu
I Məhəmməd ? — 917 Yəzid ibn Xalidin oğlu
II Yəzid 917–948 I Məhəmmədin oğlu
Şirvanşahlar (Yəzid oğulları)
I Yəzid (Layzanda II Yəzid) 917–948 I Məhəmmədin oğlu
II Məhəmməd sentyabr, 948 — iyun, 956 I Yəzidin oğlu
Əhməd iyun, 956 — iyun, 981 II Məhəmmədin oğlu
III Məhəmməd iyun, 981 — noyabr, 991 Əhmədin oğlu
II Yəzid noyabr, 991–1027 Əhmədin oğlu
Şirvanşahlar (Kəsranilər)
I Mənuçöhr 1027–1034 II Yəzidin birinci oğlu
II Əli 1034–1043 II Yəzidin üçüncü oğlu
Qubad 1043–28 iyul 1049 II Yəzidin dördüncü oğlu
III Əli 1049–1050 II Yəzidin beşinci oğlu Əhmədin oğlu
Salar 1050–1063 II Yəzidin altıncı oğlu
I Fəribürz 1063–1096 Saların oğlu
II Mənuçöhr 1096–1106 I Fəribürzün birinci oğlu
I Əfridun 1106–1120 I Fəribürzün ikinci oğlu
III Mənuçöhr 1120–1160 I Əfridunun oğlu
II Əfridun 1160 III Mənuçöhrün birinci oğlu
I Axsitan 1160–1197 III Mənuçöhrün ikinci oğlu
Şahənşah 1197–1200 III Mənuçöhrün üçüncü oğlu
II Fəribürz 1200–1204 II Əfridunun oğlu
I Fərruxzad 1204 III Mənuçöhrün dördüncü oğlu
Güştasp 1204–1225 I Fərruxzadın oğlu
III Fəribürz 1225–1243 Güştaspın oğlu
II Axsitan 1243–1260 III Fəribürzün oğlu
II Fərruxzad 1260–1282 II Axsitanın oğlu
III Axsitan 1282–1294 II Fərruxzadın oğlu
Keykavus 1294–1317 III Axsitanın oğlu
Keyqubad 1317–1348 II Fərruxzadın oğlu
Kavus 1348–1372 Keyqubadın oğlu
Huşəng 1372–1382 Kavusun oğlu
Dərbəndilər
I İbrahim 1382–15 sentyabr 1417 Sultan Məhəmməd Dərbəndinin oğlu
I Xəlilullah 1417–1465 I İbrahimin oğlu
I Fərrux Yasar 1465–1500 I Xəlilullahın oğlu
Bəhram bəy 1500-2021 I Fərrux Yasarın oğlu
Qazi bəy 1501 I Fərrux Yasarın oğlu
Sultan Mahmud 1501–1502 Qazi bəyin oğlu
II İbrahim 1502–1524 I Fərrux Yasarın oğlu
II Xəlilullah 1524–1535 II İbrahimin oğlu
II Fərrux Yasar 1527–1535 II İbrahimin oğlu
Şahrux 1535–1539 II Fərrux Yasarın oğlu
Səfəvilərin işğalından sonrakı iddiaçılar
Burhan Əli 1548–1549 II Xəlilullahın oğlu[7] yaxud

Keyqubad ibn Əbubəkr ibn İshaq ibn İbrahimin oğlu[8]

Mehrab 1550 Əlaqəsi bilinmir
Qurban Əli 1550 Əlaqəsi bilinmir
Qasım Mirzə 1554 Əlaqəsi bilinmir
Kavus Mirzə 1577–1578 Bürhan Əlinin bacısı oğlu
Əbubəkr Mirzə 1578–1583 Bürhan Əlinin oğlu

Şirvanşah şahzadələri

[redaktə | mənbəni redaktə et]
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Heysəm ibn Məhəmməd iyun, 939 — may, 941
dekabr, 941 — may, 942
II Məhəmmədin oğlu
Əhməd may, 942 — sentyabr, 953 II Məhəmmədin oğlu
Əfridun 28 oktyabr, 1068–1071 I Fəribürzün ikinci oğlu
Rəşid ibn Fərruxzad ~ 1221 I Fərruxzadın ikinci oğlu
Sultan Məhəmməd ~ 1340–1380 Keyqubadın oğlu
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Məhəmməd ? — 917 Əbu Tahir Yezidin oğlu
Heysəm ibn Məhəmməd sentyabr, 948–1025 II Məhəmmədin oğlu
Hörmüz ibn Mənuçöhr ? — 9 aprel 1065 I Mənuçöhrün oğlu
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Cəlaləddin Sultanşah 1226 — ? I Güştaspın oğlu
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Əfridun ibn Fəribürz ~1220 III Fəribürzün oğlu
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Məhəmməd ibn Xalid 849 — ? Xalid ibn Yezidin oğlu
II Mənuçöhr 1063–1096 I Fəribürzün oğlu
Adı Hakimiyyət müddəti Digər şahlarla əlaqəsi
Qəzənfər Dərbəndi I Xəlilullah dövrü I İbrahimin oğlu
Qazi bəy I Fərrux Yasar dövrü I Fərrux Yasarın oğlu

Heç bir vəzifə tutmamış şahzadələr

[redaktə | mənbəni redaktə et]
Adı Evli olduğu Şirvanşah/şahzadə Müddət Digər əlaqələri Aid olduğu sülalə
Sitt bint Fəzl Mənuçöhr ibn Yəzid ?-1034 Fəzl bin Məhəmmədin qızı Şəddadilər
II Əbdülmalik Yəzid ibn Əhmədin qızı Şəmkuyyə 1035-? Mənsur ibn Maymunun oğlu Haşimilər
Sitt bint Fəzl (2-ci dəfə) Əbu Mənsur Əli ibn Yəzid 1035 (bir illik dulluqdan sonra)-? Fəzl bin Məhəmmədin qızı Şəddadilər
bilinmir Salar ibn Yəzid bilinmir Əbüləsvar Şavurın qızı Şəddadilər
Qaratəkin Qubad ibn Yəzidın qızı 1067–1068 yoxdur yoxdur
Tamar III Böyük Mənuçöhr 1111–1120 (şahzadənin arvadı), 1120–1160 (şirvanşahın arvadı) IV Davidın qızı Baqrationilər
İsmətəddin Səfvət-İslam I Axsitan ?-1192 (Şamaxı zəlzələsi) Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı Haşimilər
Əmir Əmiran Ömər I Axsitanın qızı 1191–1192 (Şamaxı zəlzələsi) Məhəmməd Cahan Pəhləvanın oğlu Eldənizlər
Bikə xanım I İbrahim ?-1417 bilinmir bilinmir
bilinmir I Xəlilullah 1421-? Miran şahın qızı, Qara Yusifin arvadı Teymurilər, Qaraqoyunlular
bilinmir I Fərrux Yasar bilinmir Adil bəyin qızı yoxdur
Sultan Yaqub I Fərrux Yasarın qızı Gövhər Sultan bilinmir Uzun Həsənin oğlu Ağqoyunlular
bilinmir Qazi bəy ?-1501 bilinmir bilinmir
Şah İsmayıl Xətai II İbrahimin qızı 1523 Şeyx Heydərin oğlu Səfəvilər
Pərixan xanım II Xəlilullah 1524–1535 Şah İsmayıl Xətainin qızı Səfəvilər
bilinmir Əbubəkr mirzə Dərbəndi 1570 Dövlət Gəray xanın qızı Gəraylar

Alınmayan və ya sonu bilinməyən məsələlər

[redaktə | mənbəni redaktə et]
Adı Evlənməli olduğu Şirvanşah/şahzadə Tarix Səbəb Digər əlaqələri Aid olduğu sülalə
Əbu Nəsr ibn Maymun Yəzid ibn Əhmədin qızı 1001 Yəzid ibn Əhməd Əbu Nəsri girov götürdükdən sonra onunla qohum olmaq istədiyini bildirmiş, ancaq daha sonra onu edam etdirmişdir. Ləşkəri ibn Maymunun qardaşı Haşimilər
Böyük Tamara I Axsitan 1187 I Axsitan Baqrationilər-Haşimilər evliliyi vasitəsilə arvadı İsmətəddin Səfvət-İslamə qohumluğu olan Gürcüstan kraliçası Böyük Tamaraya elçi göndərmiş, ancaq Tamara David Soslan adlı gənc osetin knyazına ərə getmişdir. III Georginin qızı Baqrationilər
Rusudan I Güştasp və ya onun oğlu III Fəribürz 1122 Şirvanşah vəfat etdiyindən toy baş tutmamışdır. Böyük Tamaranın qızı Baqrationilər
Rusudan (2-ci dəfə) Cəlal əd-Din Sultanşah bilinmir Şirvanşah I Güştasp oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə vermişdir. Gürcülər isə onu Tamarın qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna salıblar. Evliliyin sonrakı taleyi haqda məlumat yoxdur. Böyük Tamaranın qızı Baqrationilər
Əli Şirvanşahın qızı bilinmir Fəzlullah Rəşidəddin oğlunun yalnızca nişanlanması ilə bağlı məlumat verir. Fəzlullah Rəşidəddinin oğlu yoxdur
Şeyx Səfiəddin Ərdəbili III Axsitanın qızı bilinmir Şeyx Səfiəddin Ərdəbili III Axsitanın təklifini rədd edir. yoxdur Səfəvilər
Məlik Əşrəf I Keyqubadın qızı 1344–1345 Kavus ibn Keyqubad Məlik Əşrəfin təklindən imtina edir. Əmir Dəmirdaş Sulduzun oğlu Çobanilər
  1. Azərbaycan Sovet Ensiklopediyası, cild X, məqalə " Şirvanşahlar"
  2. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiya press, Bakı, 2006
  3. B.Ф.Mинopcкий. Иcтopия Шиpвaнa и Дepбeндa X–XI вв. M., 1963
  4. Süleyman Əliyarlı – Azərbaycan tarixi, Bakı, 2008, səh 267
  5. Süleyman Əliyarlı – Azərbaycan tarixi, Bakı, 2008, səh 269
  6. əl-Yəqubi, Tarixi-Yəqubi, səh 12.
  7. Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 134
  8. Abbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 43