Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus.
Gözəl Bayramlı | |
---|---|
? – 7 oktyabr 2020 | |
Sədr | Əli Kərimli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2020 (58 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub.
Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi.
15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir.[1]
Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb.
2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi.
Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.[2]
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |