Gözəl Quba

Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur.

Mahnının sözləri[redaktə | mənbəni redaktə et]

                 I
Bir yanın Şah dağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər,
Səhər şəfəqlərin hüsnünü bəzər.

Nəqərat:
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
                 II
Əyir budaqları bağların barı,
Şirin almaların al, qızıl, sarı,
Baharı bənzəyir payız ayları.

Nəqərat:

Xüsusi qeydlər[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]