Azərbaycan elləri qısametrajlı sənədli-musiqili televiziya filmi rejissor Nazim Dadaşov tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsertdir.
Azərbaycan elləri | |
---|---|
Fayl:Azərbaycan elləri (film, 1976).jpg | |
Janr |
sənədli qısametrajlı musiqili |
Rejissor | Nazim Dadaşov |
Ssenari müəllifi | Rafiq Cəbiyev |
Operator | Fazil Hadıyev |
Rəssam | T. Məlikzadə |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı sənədli-musiqili televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca (mətnsiz) |
İl | 1976 |
Texniki məlumatlar |
5 hissə 1350 metr |
Rəng | ağ-qara |
Bu film-konsertdə respublikamızın füsunkar mənzərələri fonunda bəstəkarlardan Fikrət Əmirovun "Azərbaycan Elləri", Cahangir Cahangirovun "Bakı", Emin Sabitoğlunun "Bizim Lənkəran", Süleyman Ələsgərovun "Mingəçevir", "Şuşa", Oqtay Kazımovun "Astara", R. Süleymanovun "Göyçay", Səid Rüstəmovun "Gözəl Quba", Şəfiqə Axundovanın "Şəki", Rauf Hacıyevin "Azərbaycanım" mahnıları səslənir.[1]
Mahnıları müğənnilərdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Anatollu Qəniyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Yaşar Səfərov ifa edirlər.[1]
Ssenari müəllifi: Rafiq Cəbiyev
Rejissor: Nazim Dadaşov
Operator: Fazil Hadıyev
Rəssam: T. Məlikzadə
Azərbaycan filmlərinin siyahısı
1976-cı ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı