Gözəl vaxtsızçiçək

Gözəl vaxtsızçiçək (lat. Colchicum speciosum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.

Gözəl vaxtsızçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu

[redaktə | mənbəni redaktə et]

“Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot [bitki]sidir. Kök yumrusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3-4 sm enində, tünd-qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Çiçəklər iri 1-4 ədəddir. Çiçəkyanlığı 5-6,5 sm uzunluğunda, 16- enindədir. Erkəkcik 2 dəfə çiçəkyanlığından qısadır. Tozcuq xətvari, 8- uzunluğundadır. Sütuncuq yoğun, təpə hissəsi düz, birtərəfli, ağızcıq erkəkcikdən bir qədər uzundur. Qutucuq ellipsvari, 3 sm uzunluğundadır.[2]

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Alp və Subalp qurşaqlarında, çəmənlərdə. Çiçəkləmə avqust, meyvələmə sentyabr ayındadır. Çoxalması toxumla və kökümsovladır. Mezokserofitdir. Dekorativ bitkidir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, özünəməxsus inkişaf dövrü vardır. Avqust-sentyabr aylarında çiçəkləyir. Çiçəkləyən zaman yarpaq açmır. Qış zamanı yeraltı orqanları inkişaf edir. Növbəti il baharda eyni zamanda qutucuğu və yarpaqları inkişaf eməyə başlayır. Toxumları iyunda yetişir. Yeni kökümsovlar əmələ gəldikcə, köhnə ana kökümsovları məhv olmağa başlayır. Çiçəkləri iri, bənövşəyi-çəhrayı, hətta ağ, iysiz, 6-10 sm diametrli 6 oval, bükük çiçəkləri vardır. Çiçək borucuğunun uzunluğu 25-40 sm, yarpaqları 4-5 (bəzən 3-6 ədəd) ədəd iri, oval-uzunsov olmaqla, uzunluğu 25 sm, eni isə 5 sm-ə bərabərdir.[3]

Qafqaz dağı silsiləsində, Qərbi Qafqazda, Şərqi Gürcüstanda və Azərbaycanın Talış ərazilərində yayılmışddır.[4]

Yüksək dağlıq qurşaqlarda, yüksək otluq subalp çəmənliklərdə yaşayır. Subalp meşə və meşə-çöl zonalarından dağlıq ərazilərə qədər hündürlüyü 1800-3000 m subalp çəmənliklərin hündür otluqlarında rast gəlinir.[5]

Yayın sonu və payızda çiçəkləri və kökümsovları xammal kimi toplanılır. Kökümsovları ehyiyatla toplanılmalıdır. Xammalın toplanıldığı sahələrdən təkrar toplanılma 3 ildən sonra mümkün ola bilər.Xammalı çürümək və kiflənməkdən qorumaq lazımdır.[6]

Xoşagəlməyən zəif iylidir.

Xammalı A siyahısında saxlanılır. Qalınlığı 10 sm olan yaxşı havalanan, quru, yeşik və stelajlarda saxlanılır. Üzərində “Zəhər!” yazılmalıdır. Saxlanılma müddəti 3 ildir. [7]

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsovlarının tərkibində alkaloidlər, xüsusən kolxiçin və kolxamin maddələri vardır. Bundan başqa nişasta, mono və disaxaridlər, fenol-karbon turşusu, flavonoidlər, aromatik sıralı turşular, fitosterin və şəkər vardır. Kolxiçinin miqdarı kökümsovda 0,25%, çiçəklərdə 0,8%, toxumda isə 1,2% olur.[8]

Sitostatik (şişəleyhinə) dərmanlar. Tərkibindəki əsas alkaloid olan kolxiçin və kolxamin ətraflı öyrənilmişdir. Bu maddələr hüceyrə zəhəri sayılırlar.[9]

Kolxiçin həb 0,001 q. Antimitotik, urikozurik və iltihabəleyhinə dərmandır. [10]

Kolxamin həb 0,002 q, kolxamin məlhəmi 0,5%. Antimitotik dərmandır.[11]

Kökümsovlarından kolxiçin və kolxamin maddəsi alınır. Kolxiçin və kolxamin şişəleyhinə aktivliyə malik, az zəhərli olmaqla, müalicəvi təsirə malikdir. 0,5% məlhəmi (omain məlhəmi) dəri xərçəngində və vena daxili yolla leykozun müalicəsində tətbiq edilir. Kolxamin xroniki mieloleykozun, tənəffüs yollarının papillomasında, süd vəzi xərçənginin residivlərində, mədə və düz bağırsağın bədxassəli şişlərində, podaqra və amiloidozda təyin edilir.  [12]

Böyük Qafqazın Quba,  şərq və qərb (Zaqatala, Qax və Şəki rayonları) hissələri. Lənkəranın dağlıq hissəsindədir.[13][14]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyası azalır. Antropogen və zoogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Dekorativ bitki kimi əhali tərəfindən soğanaqlarının, çiçəklərinin yığılması müşahidə olunur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. Флора Азербайджана, 1952
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  10. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  11. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  12. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  13. İbadlı O.V., 2002
  14. Конспект флоры Кавказа, 2006