Göz Panq qardaşları tərəfindən çəkilmiş qorxu filmidir.Panq qardaşları həmçinin bu filmin ardı olan Göz 2 və Göz 10 filmlərini də çəkiblər.
Göz | |
---|---|
The eye | |
Janr | Qorxu filmi |
Rejissorlar |
Oksid Pan Denni Pan |
Ssenari müəllifləri |
Jojo Hui Panq qardaşları |
Baş rollarda |
Angelica Li Lavrence Çou |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2002 |
Filmin növü | Psixoloji triller |
Müddət | 98 dəqiqə |
Büdcə | SG $ 4,500,000 |
Gəlir | HK $ 13,701,102.00 |
Ölkələr |
Honkonq Sinqapur |
Dillər |
Mandarin dili Tay dili Kanton dili İngilis dili |
İl | 2002 |
Sonrakı film | Göz 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | Honkonq |
IMDb | ID0325655 |
20 yaşlı Honq Konq skripkaçısı Man 2 yaşından bəri kor idi. Bir gün ona donorun göz buyuzların transplantasiya edirlər. Və bununla da Man görməyə başlayır.Lakin Man təzəcə sevinməyə başlamışdı ki, gözünə qəribə şeylər göründü. O, ölən adamların ruhunu görürdü. Belə ki, gözləri təzə əməliyyat olanda yaxşı görə bilmədiyi üçün gördüklərinin nə olduğunu yaxşı başa düşmürdü. O, axşam xəstəxanada otaqdan çıxan pasienti görürdü və səhəri gün o pasient ölmüş olurdu. Buna görə də Man pisixoloq Dr.Vahın yanına getdi və gördüklərin ona danışdı. Man başa düşdü ki, güzgüdə gördüyü özü yox donordur. Dr.Vah onunla birlikdə Tailanda getdi və donor Linqin yaxınları ilə danışdı. Linqin anası onlara Linqin də öləcək insan haqqında əvvəlcədən məlumat verdiyini dedi. Buna görə də bütün qonşuları Linqə nifrət edirdilər və ona şeytan deyirdilər.Linqin anası Linqə çox hirsli idi.Və hər gün Linqin özünü asdığı vaxt gecə saat 3-də onun səsi öz otağından gəlirdi. Man bu gecəni onun otağında keçirdi və onun gördüklərini gördü. Səhəri gün Man və Vah Linqin qəbrini ziyarət etdi. Artıq o, güzgüdə özünü görürdü. Avtobusla qayıdanda Man yolda qara kabuslar gördü. O vaxt yolda tıxac var idi. Man qorxdu, çoxlu adam itkisinə səbəb olan dəhşətli hadisənin baş verəcəyini başa düşdü, avtobusdan çıxıb hamını xəbərdar etdi. Doktor Vah da onun ardınca avtobusdan çıxdı. Heç kəs Mana məhəl qoymadı. Dəhşətli partlayış baş verdi. Doktor Vah Manı partlayışdan qorudu. Bu partlayışdan sıçrayan bir zərrəcik Manın gözünə düşdü və Man yenidən kor oldu.