Gözlərindəki sirr (film, 2009)

Gözlərindəki sirr (isp. El secreto de sus ojos) — 2009-cu ildə çəkilmiş Argentinaİspaniyanın birgə [10] istehsalı olan cinayət-dram filmidir.[11] Film həm də ssenari müəllifi olan Eduardo Saçerinin La pregunta de sus ojos ("Gözlərindəki sual") əsəri əsasında ekranlaşdırılıb və rejissoru Xuan Xose Kampanelladır.

Gözlərindəki sirr
isp. El secreto de sus ojos
Janr cinayət filmi[1][2], dram filmi[3][4][…], triller filmi[4][1][…], romantik film, roman ekranlaşdırması[d], detektiv filmi
Distribütor MOKEP[d][5]
İlk baxış tarixi 13 avqust 2009[6], 21 oktyabr 2010[5], 28 oktyabr 2010[7]
Mükafatları Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı
Müddət 129 dəq.[8]
Büdcə 2.000.000 €
Ölkələr
Dil ispan dili
Rəng rəngli[8]
Çəkiliş yeri Buenos Ayres
IMDb ID1305806

Film 1974-cü ildə zorlama və qətl cinayətinin araşdırılması ilə məşğul olan məhkəmə işçisi Benjamin Esposito və hakim Irene Menendez Hastingsdən, bu cinayətin hadisə ilə əlaqədar bütün şəxslərdə buraxdığı izdən, 25 ildən sonra qəhrəmanların keçmişi və dəfn etdikləri hisslərini xatırlamalarından bəhs edir.[12]

Film həm Hollivud, həm də İspaniyada bir neçə mükafatın sahibi olub. Bunlardan ən əhəmiyyətlisi “«Xarici dildə ən yaxşı film» kateqoriyasında Oskar mükafatıdır. Bununla da Argentina 1985-ci ildə istehsal olunmuş Rəsmi hekayə filmindən sonra bu mükafatı iki dəfə qazanan ilk Latın Amerikası dövləti olub.[13][14] Film həm də “İspan dilində ən yaxşı xarici film” nominasiyasında Qoya mükafatının qalibidir.[15] Argentina tarixində 1975-ci il istehsallı Nazareno Kruz və Canavar filmindən sonra ən çox gəlir gətirən filmdir.[16][17]

2016-cı ildə BBC tərəfindən təşkil olunan səsverməyə əsasən 177 tənqidçi tərəfindən 21-ci əsrin ən yaxşı 100 filmindən biri seçilib.[18]

Məzmunu[redaktə | mənbəni redaktə et]

(Qeyd: filmdə hadisələrin həm keçmiş, həm də müasir dövrdə baş verdiyi üçün bu mətndə keçmişdəki hadisələri təsvir edərkən personajların soyadından, müasir dövrdə isə adlarından istifadə olunur. Məsələn, məhkəmə işçisi Benjamin “Esposito”-dan danışıldıqda onun soyadı, təqaüddə olan “Benjamin” Esposito nəzərdə tutulduqda isə onun adı çəkilir).

Artıq təqaüddə olan Benjamin Esposito ilk romanına başlamaq üzrədir. O, Liliana Kolotonun qətli ilə bağlı əsər yazmağa hazırlaşır və bu cinayət hadisəsini birgə araşdırdığı hakim Irene Menendez Hastingsin ofisinə keçmiş xatirələri yada salmaq və planları barədə danışmaq üçün baş çəkir. Irene Benjaminə hadisəni lap əvvəldən təsvir etməyi məsləhət görür.

1974-cü ildə Kolotonun evindən zorlanmış və qətlə yetirilmiş meyiti tapılır. Esposito mərhumun əri Rikardo Moralesə söz verir ki, qatil törətdiyi əməli həyatı bahasına ödəyəcək. Amma Morales ölüm cəzasının tərəfdarı olmadığını bildirir. Espositonun istintaq qrupuna onun spirtli içki aludəçisi olan dostu və köməkçisi Pablo Sandoval və Kornell Hüquq Məktəbinin məzunu Menendez daxildir. Onlar araşdırmağa başlamazdan əvvəl rəqibləri Romano qatili daha tez tapdığını göstərmək üçün qurbanın evinin yaxınlığında işləyən iki fəhləyə işgəncə verərək onları törətmədikləri cinayəti etiraf etməyə məcbur edir. Esposito ifadələrin saxta olduğunu aşkara çıxarır və Romanonu təqsirsiz insanlara qarşı təhqir və irqi ayrı-seçkiliyə etdiyinə görə şikayət edəcəyi ilə bağlı hədələyir.

Qurbanın evində axtarış aparan Esposito Kolotonun doğulduğu şəhər Çivilkoyda çəkilən məktəb fotolarını nəzərdən keçirir və Isidoro Gomez adlı sinif yoldaşının bütün fotolarda nəzərlərinin Liliana Kolotoya dikildiyini görür. Gomezin yaşayış yeri məlum olmadığına görə Esposito və Sandoval Çivilkoya yola düşürlər. Onlar gizlicə Gomezin anasının evinə girib oğlunun ona yazdıqları məktubları tapırlar. Sandoval məktubları oğurlaya bilsə də, onlarda heç bir lazımlı məlumat olmur. Üstəlik məhkəmə sədri onların qanunsuz hərəkətlərini öyrənir və bununla da cinayət işi bağlanır. Əsərin əlyazmasını müzakirə edərkən Benjamin bu hadisənin Irenanın nişanlanmasını xəbər verməsindən 1 həftə sonra baş verdiyini ona xatırladır. Bu xatirə çox üzücü olur və Irene onun romanı ilə bir də keçmişi yada salmaq istəmədiyini deyir.

Cinayət işi bir ildən sonra Espositonun Moralesi hər gün Buones-Ayresin müxtəlif metrostansiyalarında əyləşərək Gomezi gözlədiyini gördükdən sonra yenidən başlanır. Menendezin razılığından sonra Sandoval icazəsiz götürdüyü məktubları təhlil edir və Gomezin Buenos-Ayresin futbol klubu Racingin azarkeşi olduğu məlum olur. Esposito və Sandoval Gomezi azarkeş izdihamının içində görənə qədər Racingin 4 oyununda iştirak edirlər. Gomez qaçmağa çalışsa da yaxalanır və həbs olunur. Törətdiyi cinayəti etiraf etmədiyini görən Menendez ona psixoloji cəhətdən təzyiq göstərmək üçün rişxəndlə zorlama və qətl cinayəti üçün kifayət qədər cəsarətsiz və zəif olduğunu deyir. Hisslərini cilovlaya bilməyən Gomez öz penisini göstərir və etdiyi cinayəti qışqıraraq etiraf edir.

1975-ci ildə Morales arvadının qatilini televizorda həmin dövrdə Argentina prezidenti Maria Estela Martinez de Peronun cangüdənləri arasında görür. Tezliklə Menendez və Esposito Gomezi indi hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutmuş Romanonun onlara bəslədiyi kinə görə azad etdirdiyini öyrənirlər. Romano Gomezin zorakı bacarığının olduğunu və həbsxanada vaxt keçirməkdənsə bu bacarığından sol qanadı təmsil edən qüvvələrə qarşı istifadə etməklə dövlət əhəmiyyətli işlər üçün daha faydalı olacağını deyərək öz əməlinə haqq qazandırır. Romano onların hər ikisini təhqir edir və Espositonu Menendezin əlaltısı adlandırır. Daha sonra Sandovalın sərxoş vəziyyətdə Espositonun evinə gəlməsi və Espositonun onu öz qonaq otağında qoyaraq Sandovalın arvadına xəbər verməyə getməsi epozodu təsvir olunur. Onlar qayıtdıqda Sandovalın qətlə yetirildiyini görürlər. Esposito başa düşür ki, Romano və ya Gomezin hədəfi o imiş. O, iş yerini dəyişmək qərarına gəlir və Xuxuy əyalətinə təyinat alır. Gecəyarısı dostu Pablonun qurban olmasını xatırlayarkən Benjaminə Irene zəng edir və kitabın qalan hissəsini görmək istədiyini deyir. Menendez qatar stansiyasında çox kədərli bir əlvida ilə Espositonu yola salır.

Irene oxumağı bitirəndə o və Benjamin təsirli sonluq barədə düşünürlər. Ricardo Moralesin Buenos-Ayresin kəndlərinin birində sakit həyat sürdüyü məlum olur. Onun bu cinayət işindən əl çəkməsinə baxmayaraq Benjamin həyatının sevgisi olmadan 25 ilini necə keçirdiyini soruşur. Benjamin Pablonun sön sözləri olan Isidoronu tapmağı təkrarlayanda Ricardo 1975-ci ildə onu oğurladığını və atəş açaraq öldürdüyünü etiraf edir. Ricardonun qəribə hərəkətərini görən Benjamin onu izləyərək evin yaxınlığında olan kiçik tikiliyə girdiyini görür. Ora daxil olarkən Benjamin Isidoronun dəmir barmaqlıqlar arasında hələ də cəmiyyətdən təcrid olunmuş şəkildə yaşadığınının şahidi olur. Isidoro ünsiyyət qurmaq üçün Benjaminə yalvarır. Ricardo isə Isidoronun heç vaxt azadlıqda olmayacağı ilə bağlı Benjaminin ona verdiyi vədi xatırladır. Benjamin Pablonun məzarını ziyarət edir, sonra isə Ireneyə baş çəkir. Irene onun gözlərində qəribə ifadə sezir, bunun mürəkkəb olacağını deyir və qapını bağlamasını xahiş edir.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Rikardo Darin — Benjamin Esposito, Liliana Kolotonun zorlanma və qətl cinayətini araşdıran məhkəmə işçisi
  • Soledad Villamil — Irene Menendez Hastings, hakim və Espositoya cinayətin açılmasında kömək edən rəhbəri
  • Guillermo Francella — Pablo Sandoval, Espositonun spirtli içki aludəçisi dostu və köməkçisi
  • Pablo Rago — Rikardo Morales
  • Javier Godino — Isidoro Gomez
  • Mario Alarcon — Hakim Fortuna
  • Mariano Argento — Romano
  • Jose Luis Gioia – Müfəttiş Baez
  • Carla Quevedo — Liliana Koloto

Tarixi və siyasi təsir[redaktə | mənbəni redaktə et]

Filmdəki obrazların taleyi Argentinanın 2 siyasi dövrü-1975 və 1999-cu illəri ilə bağlıdır. Əsas hadisələr 1975-ci ildə Argentinada sonuncu hərbi diktatorluğun (1976-1985) qurulmasından və siyasi burulğanlarla və dövlətin maliyələşdirdiyi terror aktları ilə müşahidə olunan Maria Estela Martinez de Peronun prezidentlik dövrünün başa çatmasından bir il əvvəl baş verir. Isidoro Gomez və onu müdafiə edən hökumət Argentina xuntasını və onların apardıqları Çirkli Müharibəni təmsil edirlər.[19] Yeddi ildən artıq davam edən bu dövr çoxsaylı insan hüquqlarının pozulması ilə müşahidə olunub.[20][21] 1983-cü ildən bəri Argentinada demokratik rejim qurulub və Raúl Alfonsin hökuməti 1985-ci ildə Çirkli Müharibənin məsul şəxslərindən bir neçəsini mühakimə edib.

İkinci dövr 1999-cu ildə Karlos Menem hökumətinin son günlərindən bəhs edir. Bu dövrdə “Full stop” qanunu kimi tanınan amnistiya aktı qəbul edilir və xunta üzvlərindən bir çoxu əfv olunur. Diktaturanın cinayətkarları və güman ki Gomezin dostları və keçmiş həmkarları artıq azadlıqdadırlar. Onlar asanlıqla Moralesi tapıb intiqam ala bilərlər. Bu fakt Moralesin özünü və Gomezi uzun müddət cəmiyyətdən təcrid edərək yaşama səbəbini izah edir.

İstehsal[redaktə | mənbəni redaktə et]

Argentina və İspaniyanın birgə istehsalı olan [10] bu filmin çəkilişləri üçün Xuan Xose Kampanella Doktor Haus və Qanun&Qayda seriallarının bir neçə seriyasına rejissorluq etmək üçün getdiyi ABŞ-dən geri qayıdır. Bu film onun dostu aktyor Rikardo Darin ilə dördüncü əməkdaşlığı idi. Filmdə futbol epizodu Atletico Huracan klubunun stadionunda çəkilib.[22][23][24][25]

Qəbulu[redaktə | mənbəni redaktə et]

Film həm Argentina [26][27] həm də digər dövlətlərin tənqidçilərindən müsbət rəylər alıb. “Rotten Tomatoes” 136 rəy əsasında filmə 91% müsbət rəy vermişdir ki, bu da ortalama 7.6/10 göstəricidə əks olunur. Sayt tənqidçilərinin ortaq rəyində deyilir ki, “Xuan Xose Kampanella gözlənilməz və sirli simvolizm, maraqlı ssenari və möhtəşəm aktyor heyəti ilə Oskar qazanmağı təmin edib.[28]Metacritic” saytı 36 tənqidçinin rəyi əsasında filmə 100 baldan 80 balla qiymət verib.[29]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.metacritic.com/movie/the-secret-in-their-eyes.
  2. http://www.imdb.com/title/tt1741273/?ref_=nm_flmg_act_2.
  3. http://www.moviepilot.de/movies/in-ihren-augen.
  4. 1 2 http://www.imdb.com/title/tt1305806/.
  5. 1 2 http://nmhh.hu/dokumentum/158992/2010_filmbemutatok_osszes.xlsx.
  6. Freebase Data Dumps. Google.
  7. http://www.kinokalender.com/film7685_in-ihren-augen.html.
  8. 1 2 cinenacional.com (isp.). 2001.
  9. 1 2 3 4 Academy Awards Database (ing.).
  10. 1 2 Hollywood Reporter, Spanish films do better abroad than at home Arxivləşdirilib 2013-01-25 at Archive.today
  11. "The secret in their eyes (2009)" (English). 28 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2016.
  12. French, Philip. "The Secret in Their Eyes". The Guardian. London. 14 August 2010. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  13. "Academy Awards Official website – Foreign Language Film Category". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
  14. Coyle, Jake. "Argentine film `Secret in Their Eyes' wins Oscar". U-T San Diego. 7 March 2010. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2012.
  15. Buenos Aires Herald, 1 March 2010 Arxivləşdirilib 28 may 2013 at the Wayback Machine
  16. El multifacético Leonardo Favio (isp.)
  17. The Secret in Their Eyes is already a record Arxivləşdirilib 2009-12-08 at the Wayback Machine  (isp.)
  18. "The 21st Century's 100 greatest films". BBC. August 23, 2016. January 31, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2016.
  19. The Secret in Their Eyes: Historical Memory, Production Models, and the Foreign Film Oscar (WEB EXCLUSIVE) Arxivləşdirilib 2012-01-27 at the Wayback Machine Matt Losada, Cineaste Magazine, 2010
  20. CONADEP, Nunca Más Report, Chapter II, Section One:Advertencia, [1] Arxivləşdirilib 2021-01-04 at the Wayback Machine  (isp.)
  21. Atrocities in Argentina (1976–1983) Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine Holocaust Museum Houston
  22. Criterio magazine, September 2009 Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine  (isp.)
  23. "The Secret of their Eyes – VFX Breakdown Huracan (Part1)". YouTube. 13 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2012.
  24. "El secreto de sus ojos – making of". YouTube. 5 April 2010. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2012.
  25. "El Secreto de sus ojos – Escena del Estadio". YouTube. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2012.
  26. "Puntaje promedio de "El secreto de sus ojos" en la redacción de El Amante". El Amante Cine (Spanish). 12 September 2009 tarixində orijinalından arxivləşdirilib.
  27. Batlle, Diego. "El secreto de sus ojos, de Juan José Campanella". Otros Cines. 13 August 2009. 5 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  28. "The Secret in Their Eyes (El Secreto de Sus Ojos) (2010)". Rotten Tomatoes. Fandango Media. 9 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
  29. "The Secret in Their Eyes Reviews". Metacritic. CBS Interactive. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]