Ortaq Dəyərlər İttifaqı

Ortaq Dəyərlər İttifaqı[1] (ODİ; ing. Alliance for Shared Values, AfSV) — Nyu-Yorkda yerləşən 501(c)(3) qeyri-kommersiya çətir təşkilat, Gülən hərəkatının və ya "Hizmet"in əsas hissəsi.[2]

Ortaq Dəyərlər İttifaqı
afsv.org

Məqsədlər və strukturu

[redaktə | mənbəni redaktə et]

Ortaq Dəyərlər İttifaqı Türkiyə din xadimi Fəthullah Güləndən ilhamlanmışdır. Onların bəyan etdiyi məqsəd "ABŞ ətrafında ictimai xidmət, təhsil və dinlərarası dialoqun təşviqinə həsr olunmuş vətəndaş, mədəniyyət və xidmət təşkilatları üçün səs kimi xidmət etməkdir".[3] Təşkilatın prezidenti Alp Aslandoğandır.[4]

Ərdoğanla qarşıdurma

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə ODİ bir bəyanat yayaraq Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşkilat üzvləri ilə bağlı "qanunlara tabe olan vətəndaşlara qarşı siyasi motivli təzyiq cəhdlərini", o cümlədən Gülənə qarşı hüquqi iş açaraq onun ekstradisiyasını tələb etməsini qınamışdır. Onlar həmçinin, Ərdoğanı Türkiyənin ABŞ ilə strateji əlaqələrindən istifadə etməkdə ittiham etmişdilər.[5]

2016-cı ildə Türkiyə Prezidenti Ərdoğan və Türkiyə hökumətinin digər üzvləri Türkiyədə çevriliş cəhdində Fətullah Gülən və onun hərəkatını günahlandırmışdılar. ODİ həm çevrilişi, həm də bu çevrilişdə iştirakda ittihamları pisləyərək cəhd günü bəyanat yaymışdır.[6][7][8]

  1. "Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu". fgulen.com. 26 sen 2012. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
  2. "Statement by Alliance for Shared Values on Developments in Turkey". 2017-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.
  3. About us - Overview Arxivləşdirilib 2021-02-01 at the Wayback Machine, Alliance for Shared Values
  4. Alp Aslandogan Arxivləşdirilib 2016-07-05 at the Wayback Machine, The Huffington Post
  5. Alliance For Shared Values Press Release on Erdogan Arxivləşdirilib 2017-04-29 at the Wayback Machine, Niagara Foundation, April 29, 2014
  6. Statement by Alliance for Shared Values on Developments in Turkey Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine, WFMZ-TV
  7. Gulen-linked body condemns attempted Turkey coup, Financial Times
  8. U.S.-Based Cleric Fethullah Gulen Blamed by Erdogan in Turkey Coup Bid Arxivləşdirilib 2017-04-12 at the Wayback Machine, NBC News

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]