Gülər Nəbiyeva

Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı.

Gülər Nəbiyeva
Gülər Nəbi qızı Nəbiyeva
Doğum tarixi (53 yaş)
Doğum yeri Yuxarı Bucaq, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1994-cü ildən bu günə kimi
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002

Həyatı[redaktə | mənbəni redaktə et]

1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub.[1] Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib.[2] 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir.[1] Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.

Ad və mükafatlar[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

Bakı Kamera Teatrı

  1. Barbara – ("Karyera", Ceyms Li)[2]
  2. Anna Debi – ("Dördüncü kin"Q.Qorin)[2]
  3. Vicdan – ("Sirli meşənin nağılı", Lev Ustinov)[2]
  4. İzzət – («Məkkəyə yol», C. Məmmədquluzadə)[2]
  5. Xanpəri; Gülçöhrə – («Müsyö Jordan və Dərviş Məstəli şah», M. F. Axundzadə)[2]
  6. Nisə(1-ci qurluş)Şölə (ikinci qurluş)– («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)[2]
  7. Pərizad – («Hekayəti-xırsi-quldurbasan», M. F. Axundzadə)
  8. Kleya – («Ezop», Q. Fiqeyredo)[2]
  9. Pərilər kraliçası («Yatmış gözəl» B.Marvin)
  10. Gözəlçə – («Sən məni atmazsan ki…», C. Steynbek)
  11. Emilya – («Otello», V. Şekspir)[2]
  12. Şarlotta («Albalı bağı» A.P.Çexov)[2]
  13. Panasonik – («Axırıncı qatar», İ. Fəhmi, O. Kazımi)
  14. Regina – («Kabuslar», H. İbsen)
  15. Tea – («Qedda Qabler», H. İbsen)
  16. Ledi Milford – («Məkr və məhəbbət», F. Şiller)[2]
  17. Laura – («Daş qonaq», A. S. Puşkin)[2]
  18. Susanna; Böyükxanım – («Aydın», C.Cabbarlı)[2]
  19. Qara paltarlı qadın - («Ağ gecələr», F.Dostoevski)
  20. Meni(«Mavi yuxular», Ş.Aleyxem)
  21. Nerina, Geosenta,Zerbinetta («Skapenin kələkləri», J.B.Molyer)
  22. Lyalya («Şirə bənzər», R.İbrahimbəyov)
  23. Qorxacaq qadın («Ruh», K.Abdulla)
  24. Zəhra («Şeyx Sənan», H.Cavid)
  25. Məstan («İfritin kələyi», Y.Şvarts)
  26. Dovşan,Tülkü («Ulu qurbağa balası», Y.Şvarts)
  27. Amaliya («Don Rafaello Tranbomçu», P.Filippo)

Dövlət Gənc Tamaşaçılar Teatrı

  1. Zəhra – («Şeyx Sənan», H. Cavid)[1]
  2. Məstan («İfritin kələyi» Y.Şvarts)[1]
  3. Şarlotta – («Albalı bağı» A.P.Çexov)[2]
  4. Emilya – («Otello», V. Şekspir)[2]
  5. Kleya – («Ezop», Q. Fiqeyredo)[2]
  6. II gəlin, Züleyxa («Əcəl atı» V.Əlixanlı)[1]
  7. Gülər («Mən səni sevirəm –M.S.S» Ə.Əmirli)[1]
  8. Amaliya – («Don Rafaello Tranbomçu» P.Filippo)[1]
  9. Zahidə xatun – («Əlincə qalası» Dilsuz)[1]
  10. Püstə – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)[1]
  11. Knyaginya, Amaliya – («İtalyansayağı xoşbəxtlik» D.Fo, P.Filippo)[1]
  12. Dayə – («Danışan gəlincik» A.Şaiq)[1]
  13. Şölə – («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)[1]
  14. Ledi Anna -(«III Riçart »,U.Şekspir)[1]
  15. Püstə -(«Arzu və Murad»,S.Elsevər)[1]
  16. Deyanira-aktrisa -(«Mehmanxana sahibəsi»,K.Qoldoni)[1]
  17. Müəllim - (“Uzuncorab Pippi”, A.Lindqren)[1]
  18. Tamam -(«Ünvansız qatar», Ə.Əmirli)[1]
  19. Lina Roze,Monika – («Dəlixanada qətl» F.Düremant)[2]
  20. Tamilla – («Balaca yaramaz məxluq», İ.İman)[2]
  21. 30418 İzzət Vəzirova – («KOD adı "VXA"», Mehriban Ələkbərzadə)[2]

Bədii film[redaktə | mənbəni redaktə et]

  1. Girov (film, 2005)(tammetrajlı bədii film)(rol: Sona)
  2. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film) (rol: Leyla)
  3. Ölüm növbəsi (film, 2009)(tammetrajlı bədii film) (rol: Mehparə)
  4. . Şərab
  5. . Bədii televiziya filmi Elçin - Televizor. Sabah yaradıcılıq studiyası
  6. . Abdulla Şaiq - Danışan xatirələr. Sabah yaradıcılıq studiyası
  7. . Keçmişdən reportaj - Cəlil Məmmədquluzadə. Sabah yaradıcılıq studiyası

Tele tamaşalar[redaktə | mənbəni redaktə et]

  • Bütün Azərbaycan əsgər olmalı
  • Muğam (film, 1995)(tammetrajlı televiziya film-tamaşası)(rol: qiraətçi)
  • Qanlı Yanvar
  • Hekayə axşamları
  • Şam işığı verlişi
  • Mirvari boyunbağı (Mopassan)
  • Klassik irsimizdə
  • Yeni layihə - (Əslində biz)
  • Mədəniyyət Nazirliyi İkinci Qarabağ müharibəsi ilə bağlı 4.4 film tamaşa festivalı - "Zəfər yolu" video tamaşası (Şəhid anası)

Tele seriallar[redaktə | mənbəni redaktə et]

  • . Muradına çatan Günəş
  • . Qanun naminə
  • . Qisas
  • . Həkimlər
  • . Polislər
  • . Durnalar qayıdanda
  • . Məryəm
  • . Ögey ana
  • . Könül yarası
  • . Lal yuxu
  • . Atılmışlar
  • . Simurq
  • . İfşa
  • . Simurq-2
  • . Son nəfəs

Qısa metrajlı filmlər[redaktə | mənbəni redaktə et]

  • . İki
  • . Qadın problemlərinə həsr olunmuş 8 seriyalı film
  • . Müharibənin rəngi
  • . Hökm
  • . Əsirin qayıtması
  • . Mən səni sevirəm - Bakı (Qapı) (Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilib)
  • . Şirvan şikəstəsi - Musiqili bədii film
  • . Mələklərin qurtuluşu - İnsan alverinə qarşı mübarizə təşkilatının xətti ilə
  • . Şuşanın 270 anı - Layihə rəhbəri: Lalə Azərtaş (Film Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi , *"Cəmiyyətin və Medianın İnkişafı" ictimai birliyinin sifarişi ilə çəkilib)

Sənədli televiziya filmləri[redaktə | mənbəni redaktə et]

  • Kərimlinin müşaviri (Akademik Əli Əmiraslanov haqqında)
  • Şərqdən doğan günəş(Məhəmməd Əmin Rəsulzadə haqqında)
  • Rəfibəylilər haqqında
  • Aşıq Ələsgər haqqında
  • Ə.Mahir haqqında
  • Nəğmə dolu bir ürək (E.İbrahimova haqqında)
  • İlham Əliyevin 60 illik yubileyi ilə bağlı Sənədli film: Füzuli aeroportunun açılış mərasimi - Şəhid anası obrazı

Sosial reklam çarxları[redaktə | mənbəni redaktə et]

  • Seçkilərlə bağlı
  • Olimpiyada ilə bağlı-Hər şey anam üçün
  • Xarici pasportla bağlı sosial layihə
  • İşsizliklə bağlı
  • NAR mobile mobil şəbəkəsinin reklamı
  • Sahil ticarət mərkəzi
  • Koldreks(antiqrip)
  • COVID-19 qurbanlarına həsr edilən rəqs - etüd
  • Sosial Müdafiə Nazirliyinin sifarişi ilə sosial çarx - Narkomaniyaya yox deyirəm
  • Azərbaycan himni - 8 noyabr Zəfər günü ilə bağlı fləşmob
  • Şair Əhməd Cavad. (Milli dəyərlərin təbliği fondunun dəstəyi ilə)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Nəbiyva Gülər Nəbi qızı" (az.). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. 2017-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Namiq Məmmədli. "Gülər Nəbiyeva: "Aktrisa olmaq ağlımdan belə keçmirdi"". Ekspress (az.). ANL. 24 iyun 2015. 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  3. Cavidan Abdullayev. "Azərbaycanlı aktrisa: "Mənə eşq etirafları çox olub"" (az.). Milli.az. 14 iyul 2014. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-11.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  6. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.