Gül Əsin Aydın (türk. Gül Esin Aydın) və ya əvvəlki adı ilə Gürkız Ürbül (1901 – 1990, Nazilli, Aydın ili) ― Türkiyə Cümhuriyyətinin ilk qadın muxtarı.
Gül Əsin | |
---|---|
Doğum tarixi | 1901 |
Vəfat tarixi | 1990 |
Vəfat yeri | |
Fəaliyyəti | lokal siyasətçi[d], partizan |
Gül Əsinin erkən həyatı haqqında dəqiq məlumatlar mövcud deyil. Türkiyə İstiqlaliyyət müharibəsi başlamazdan təxminən altı ay əvvəl Muğlalı bir adamla evləndiyi, ərinin müharibəyə gedərək geri qayıtmadığı bilinir. O, bundan sonra çörəkçi olan qardaşının yanına, Aydın ilinin Çinə ilçəsinin Dəmircidərə mahalına gedib və sonralar burada evlənərək Çinədə yaşayıb. O, qardaşının 1933-cü il təvəllüdlü "Cümhuriyə Şərəf" adlı qızını övladlığa götürüb.[1]
Əsin 1970-ci ildə Nazili ilçəsinə köçmüş, buradakı Yıldıztəpə məhəlləsində 26 il yaşamışdır.[2] Yaşadığı bəldədə büstü də olan Əsinin məzarı Nazilli ilçəsindəki Eğriboyun qəbiristanlığındadır.[3]
1930-cu ilə qədər Türkiyədə qadınların siyasi hüquqları yox idi. Onlar əvvəlcə 3 aprel 1930-cu il tarixli qanunla bələdiyyə seçkilərində səsvermə hüququ qazanmış,[4] üç il sonra, 26 oktyabr 1933-cü ildə isə muxtar vəzifəsinə seçmək və seçilmək hüququna əldə etmişdirlər.
Bu qanunun qəbulundan iki həftə sonra, Əsin 32 yaşında ikən yeddi kişi namizədlə yarışmış və səs çoxluğu ilə təxminən 500 səs toplayaraq kənd muxtarı seçilmişdir.[5][6][7] Onun haqqında 11 dekabr 1933-cü ildə Halkevi qəzetində "Böyük inqilabın ilk qadın muxtarı vəzifəsi bərəkətli və mübarək olsun" başlığı ilə xəbər yazılmışdır.[8] İki illik muxtarlıq dövründə çayxanalarda qumar oynamağı qadağan edən Gül Əsin uşaqların məktəbə yazdırılması, qadınların ictimai həyata hazırlanması, qız qaçırmalarının qarşısının alınması, evlilik işlərinin nizama salınması kimi məsələlərlə məşğul olub.[9]