Gül məscidi və ya Müqəddəs Feodosi kilsəsi (yun: Μονή τής Άγιας Θεοδοσίας εν τοις Δεξιοκράτους, Ayia Theodosia) — İstanbulun Ayakapı ərazisindəki Bizans İmperiyası dövründən qalma bir dini binadır. Köhnə adı və tikilmə tarixi barədə dəqiq bir məlumat olmasa da, X və ya XI əsrlərdə inşa edildiyi təxmin edilir. İkonoklazma hərəkatı zamanı Böyük Sarayın əsas girişi olan Halki qapısının üstündəki Məsih ikonasının götürülməsinə qarşı çıxdığı üçün öldürülən Theodosia adlı qadının müqəddəs yadigarlarının bu kilsəyə qoyulduğuna və bu kilsənin Ayas Theodosia olduğuna inanılır. 1499-cu ildə məscidə çevrilmişdir.
islam | |
Gül məscidi | |
---|---|
Ölkə | |
Üslubu | Bizans memarlığı |
Materialı | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bina kərpicdən tökülmüş zirzəmidə tikilib. Kilsənin planı bir yunan xaçı formasındadır. Günbəz divarlara bitişməyən dörd ayağın üzərində dayanır. Binanın şərq tərəfində ortadakı daha geniş olmaqla üç apsidası mövcuddur. Apsislərdəki nişlər və kərpic bəzəkləri onun XIII–XIV əsrlərdə təmir zamanı yenidən qurulduğunu göstərir. Orta apsis ilə sağ yan nef arasındakı sütunun içərisində bir qəbr olan hücrə yerləşir.