Gülbəniz Muxtarova

Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent.[1]

Gülbəniz Muxtarova
Gülbəniz Siyavuş qızı Muxtarova
Doğum tarixi 22 sentyabr 1974(1974-09-22) (50 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru
Elmi adı dosent
İş yeri
Təhsili

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir.

G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir.

G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır.

G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə 1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır.

2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır. Təkrar emal proseslərindən alınan katalitik krekinq benzininin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onun müxtəlif üsullarla –hidroizomerləşmə, hidroadsorbsiya üsulu ilə kükürddən təmizlənməsi prosesləri aparılaraq, katalitik krekinq benzininin oktan ədədini azaltmadan keyfiyyətinin yaxşılaşdırılmasına nail olmuşdur. Qudronun birbaşa, hidrogenin aşağı təzyiqində, suspenzləşdirilmiş nanoölçülü təbii seolitlər və onların müxtəlif metallarla modifikasiyalarının iştirakı ilə hidrokrekinqi prosesini işlənib hazırlanmışdır.

Bütün bunlarla yanaşı, t.ü.e.d. G.S. Muxtarova təkrar emal proseslərindən alınan katalitik krekinq benzininin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onun müxtəlif üsullarla bifunksional Ni-Al-Si katalizatorunun iştirakı ilə hidroizomerləşməsi, müxtəlif metallarla modifikasiya edilmiş seolitlərin iştirakı ilə hidroad-sorbsiya üsulu ilə kükürddən təmizlənməsi proseslərini apararaq, katalitik krekinq benzininin oktan ədədini azaltmadan keyfiyyətinin yaxşılaşdırılmasına nail olmuşdur.

G.S.Muxtarova 2013-2014-cü illərdə Azərbaycan Neft Şirkətinin Elm Fondu tərəfindən təsis edilən “Qudron, katalitik krekinqin ağır fleqması və ağır piroliz qatranı qarışığının hidrokrekinqi” mövzusunda Qrant Layihəsinin iştirakçısı olub.

G.S.Muxtarova ağır neft qalıqlarının (mazut, katalitik krekinqin ağır qazoylu və s.) neftə alternativ ola biləcək üzvi xammal mənbələri arasında ehtiyatlarının həcmi respublikamızda kifayət qədər olan yanar şistlərlə birgə hidrokrekinqi prosesinin tədqiqi, onların birgə emal texnologiyasının işlənib hazırlanması istiqa¬mətində öz elmi fəaliyyətini davam etdirir.


Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Apardığı elmi tədqiqat işlərinin nəticələri 141 elmi əsərində, o cümlədən, 62 məqalə (25-i xarici jurnallarda), 76 tezis (45-i xaricdə), 2 Azərbaycan və 1 Avrasiya patentində öz əksini tapmışdır.

T.ü.e.d. G.S. Muxtarova dəfələrlə yerli və beynəlxalq elmi konfranslarda iştirak etmiş, Türkiyə, Rusiya, Misir [2], Bosniya-Herseqovina, Makedoniya, Almaniyada keçirilən beynəlxalq konfranslarda öz elmi məruzələri ilə çıxış etmişdır.

G.S.Muxtarova 2016-cı ildən NKPİ-nun magistratura şöbəsində müxtəlif fənnlərdən dərs tədris edir.

Elmi-təşkilatı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2012-ci ildən NKPİ-nin Elmi Şurasının üzvü,
  • NKPİ-nun Elmi Seminarının elmi katibi,
  • 2015-2019-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunun Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Birləşmiş Elmi Seminarın üzvü,
  • 2019-cu ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında texnika elmləri üzrə Ekspert Şurasının üzvüdür.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 2019-cu ildə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə görə və “Elm günü” ilə əlaqədar AMEA Kimya Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
  • 2019-cu ildə AMEA-nın Xatirə nişanı ilə təltif edilmişdir.

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • G.S.Muxtarova hazırda NKPİ-nin “Fəlsəfə doktoru” hazırlığı üzrə 1 əyani doktorant və 1 dissertantın (AMEA RH-nin 14 mart 2018-ci il tarixli 7/23 saylı qərarı) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1 magistr tələbəsinin elmi rəhbəridir.
  • G.S.Muxtarova 2014-2019-cu illərdə Xəzər Universitetinin “Təhsil” fakultəsində saathesabı üzrə müəllimə işləmiş.
  • 2016-cı ildən hal-hazıradək NKPi-nin magistratura şöbəsində müxtəlif fənnlərdən dərs deməkdədir.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Guler Somer, G.S. Guliyeva (G.S.Mouktarova) Guler Ekmekci, Olcay Sendil Simultaneous determination of copper, lead, cadmium, zinc and selenium in cow liver by differential pulse polarography/ Canadian Journal of Chemistry / Rev.Can.Chim. 81 (1): 31-36, 2003.
  2. Х.И.Абад-заде, Ф.М.Велиева., Г.С.Мухтарова, Х.Г.Гадиров Закономерности гидрокрекинга тяжелых нефтяных остатков// ХТТМ, 2009, № 4, с. 23-25.
  3. М.И.Рустамов, Х.И.Абад-заде, Г.С.Мухтарова, Н.Н.Пириев, Х.Г.Гадиров, Р.Г.Ибрагимов / Разработка технологии и комплексной схемы для получения экологически чистого бензина и дизельного топлива из Казахстанской нефти/Нефтепереработка и нефтехимия, 2009, № 10,с.8-13.
  4. Х.И.Абад-заде, А.Д.Кулиев, Г.С.Мухтарова, М.Э.Гусейнова, Х.Г.Гадиров.Исследование закоксованных катализаторов в процессе гидрокрекинга мазута // Нефтехимия, 2010, № 2, с. 174-176.
  5. М.И.Рустамов, Х.И.Абад-заде, Г.С.Mухтарова, Х.Г.Гадиров, Р.Г.Ибрагимов, А.Н.Кязимова Утилизация различных полимерных отходов путем их совместного крекинга с мазутом / Журнал "Промышленное производство и использование эластомеров" №1, 2012 c.43-46.
  6. М.И.Рустамов, Х.И.Абад-заде, Г.С.Mухтарова, Э.Г.Исмайлов, Х.Г.Гадиров Исследование суспендированного катализатора гидрокрекинга мазута методом ферромагнитного резонанса / Журнал «Мир нефтепродуктов» 2012, №1, с.29-31.
  7. Х.И.Абад-заде,Г.С.Мухтарова, З.А.Гасымова, Н.Х.Эфендиева, А.Н.Кязимова, Р.Г.Ибрагимов Деструктивная гидроизомеризация – способ снижения содержания бензола в товарном бензине / ХТТМ, № 2, 2012, стр. 31-34.
  8. М.И.Рустамов, Х.И.Абад-заде, Г.С.Мухтарова. Утилизация различных полимерных отходов путем их совместного крекинга с мазутом / Нефтепереработка и нефтехимия, 2012, № 6, с.43-46.
  9. М.И.Рустамов, Х.И.Абад-заде, Г.С.Мухтарова, Х.Г.Гадиров, З.А.Гасымова, Н.Х.Эфендиева Рациональная утилизация полимерных отходов / ХТТМ, № 3, 2012, стр.53-56.
  10. E.Abdullayev, V.Abbasov, A.Tursunbayeva, V.Portnov, G.S.Mukhtarova, H.İbrahimov, Y.Lvov Self-Healing Coatings Based on Halloysite Clay Polymer Composites for Protection of Copper Alloys, ACS Applied Materials & Interfaces, 2013, №5, p.4464-4471.
  11. Г.С.Мухтарова, З.А.Гасымова , Н.Х.Эфендиева, Х.Д.Ибрагимов В.М.Аббасов. Влияние температуры на процесс гидрокрекинга гудрона в присутствии суспендированного природного катализатора, Нефтепереработка и нефтехимия, № 7, 2013.с.6-9.
  12. Mukhtarova G.S., Ibrahimov H.C., Abbasov V.M. Hydrocracking of goudron in the presence of a suspended natural catalyst, Journal of Chemistry and Chemical Engineering №2. V. 8 (2014) 171-175.
  13. Rustamov M.I., Abbasov V.M., Ibrahimov H.J., Mukhtarova G.S. Investigation of the hydrocracking of goudron in the presence of high-dispersed halloysite // Journal of Materials Science and Engineering A (ISSN: A: 2161-6213), USA, JMSE-A, 2014, v. 4, № 5, p. 179-182
  14. Мухтарова Г.С., Ибрагимов Х.Д., Аббасов В.М. Влияние режимных параметров на процесс гидрокрекинга гудрона с суспендированным наноразмерным катализатором // Kataliz v promishlennosti, 2014, 6, c. 45-49.
  15. Mukhtarova G.S. Influence of pressure to the hydrocracking process of goudron in the presence of a modificated suspended halloysite // Journal of Chemistry and Chemical Engineering 2015, № 1, v. 9, p. 51-55.
  16. Мухтарова Г.С., Рустамов М.И., Аббасов В.М., Ибрагимов Х.Дж., Гасымова З.А. «Способ получения светлых нефтепродуктов из тяжелых нефтяных остатков Евразийский патент № 025338.
  17. V.M. Abbasov, H.I.Ibrahimov, G.S.Muxtarova, E.Abdullasyev Acid treated halloysite clay nanotubes as catalyst support for fuel production by catalytic hydrocracking of heavy crude oil , Fuel, v.184C, 2016, p.555-558.
  18. V.M. Abbasov, H.I.Ibrahimov, M.İ.Rustamov, G.S.Muxtarova, E.Abdullasyev Adsorptive desulfurization of the gasoline obtained from low-pressure hydrocracking of the vacuum residue using a nickel/bentonite catalyst / Energy & Fuels 2017,31 (6), pp.5840-5843.
  19. В.М.Аббасов, Х.Д ж.Ибрагимов, G.S.Muxtarova, Ф.А.Бабаева Использование наноструктурного катали-затора при гидрокрекинге гудрона Нефтепереработка и нефтехимия, № 6, 2017,с. 8-10.
  20. Ф.М. Велиева, М.И.Рустамов, G.S.Muxtarova Оптимизация процесса гидрокрекинга гудрона в присутствии галлоизита с переходными металлами/

Технологии нефти и газа. № 4,2017, с. 20-24.


  1. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. "Arxivlənmiş surət". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  • "Neft Kimya Prosesləri İnstitutu"