Gülbala Rəhman oğlu Qurbanov (tam adı: Qurbanov Gülbala Rəhman oğlu) — Azərbaycan SSR əməkdar elm xadimi, professor, Azərbaycanda üz-çənə cərrahiyyəsinin, eləcə də rekonstruktiv cərrahiyyənin banisi hesab olunur.
Gülbala Qurbanov | |
---|---|
Gülbala Rəhman oğlu Qurbanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, SSRİ Azərbaycan |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Tibb İnstitutu |
Mükafatları |
Qurbanov Gülbala Rəhman oğlu 1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. Professor Gülbala Rəhman oğlu Qurbanov Azərbaycanda üz-çənə cərrahiyyəsinin, eləcə də rekonstruktiv cərrahiyyənin banisi hesab olunur. 1954-cü ildə isə onun təşəbbüsü ilə Universitetin Operativ cərrahlıq və Topoqrafik anotomiya kafedrasının müdiri vəzifəsindən çıxaraq, ömrünün qalan hissəsini stomatologiya elminin inkişafma həsr etmişdir. 1956-cı ildə Azərbaycan Tibb İnstitutunda ixtisas üzrə ilk təhsil müəssisəsi yaradılan- Cərrahi Stomatologiya kafedrasına müdir təyin olunub. Bu kafedraya 1974-cü ilə qədər rəhbərlik edib.[1]