Güllü Çoxeli

Güllü Çoxeli (rus. Гюлли Николаевна Чохели, gürc. გიული ჩოხელი ; 12 fevral 1935 və ya 1935[1], Tiflis) — SSRİGürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967).[2]

Güllü Çoxeli
gürc. გიული ჩოხელი
Ümumi məlumatlar
Doğum tarixi 12 fevral 1935(1935-02-12) (88 yaş) və ya 1935[1]
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janrlar pop musiqisi, caz
giulichokheli.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur.[3] O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir.[4]

1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi. 1961-ci ildən solo konsertlər və Eddi Rosner tərəfindən idarə olunan böyük qrup ilə çıxış etmişdir. Sovet cazının aparıcı ifaçılarından biri kimi tanınır.[5]

1967-ci ildə Sopot Beynəlxalq Mahnı Festivalında birinci yeri tutmuşdur.[4][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Čocheli, Gjulli // Czech National Authority Database.
  2. Поёт Гюлли Чохели[ölü keçid]
  3. "О Гюлли Чохели". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  4. 1 2 "Гюлли Чохели. Биография". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  5. "გიული ჩოხელი გადაცემაში წითელი ზონა". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  6. Гюлли пела последней[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]