Güllü gəlir Güllü (türk. Güllü Geliyor Güllü) — 1973-cü ildə istehsal olunmuş türk filmi. Film komediya-məhəbbət janrındadır. Ssenari müəllifi Ərdoğan Tünaş, rejissoru Atif Yılmazdır. Baş rollarda Ədiz Hun və Türkan Şoray iştirak etmişdir. Kamal Sunal ilk dəfə xarici səsləndirmə ilə iştirak etdiyi filmdir.
Güllü gəlir Güllü | |
---|---|
türk. Güllü Geliyor Güllü | |
Janr | Komediya, Məhəbbət |
Rejissor | Atif Yılmaz |
Prodüser | İrfan Ünal |
Əsərin müəllifi | Ayşə Şasa |
Ssenari müəllifi | Ərdoğan Tünaş |
Baş rollarda |
Ədiz Hun Türkan Şoray Səadəttin Ərbil İhsan Yücə Kamal Sunal |
Bəstəkar | Mətin Bükey |
İstehsalçı | Akün Film |
İlk baxış tarixi | 1 yanvar 1974 |
Filmin növü | Bədii film |
Müddət | 86 dəq. |
Ölkə | Türkiyə |
Dil | Türk dili |
İl | 1973 |
Rəng | Rəngli |
Çəkiliş yeri | İstanbul |
IMDb | ID0263404 |
Qan davası intiqamını almaq üçün İstanbula gələn Güllü (Türkan Şoray) və düşməni Taka Nuri (Ədiz Hun) haqqındadır. Güllü Qaradənizli bir qızdır, Taka Nuri isə eyni kənddə böyümüş varlı bir gəncdir. Nuriyə sünnət mərasimi vaxtı bir silah hədiyyə edilir. Silahdan təsadüfən açılan güllə Güllünün qohumunu öldürür və bununla da qan davası başlayır. Qohumunun intiqamını almaq istəyən Güllü həır yerdə Nurini axtarmağa başlayır.