Səadəttin Ərbil

Səadəttin Ərbil (türk. Saadettin Erbil; 6 mart 1925, İstanbul16 noyabr 1997, İstanbul) — Türkiyə film və səs aktyoru.[1]

Səadəttin Ərbil
Doğum tarixi 6 mart 1925(1925-03-06)
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1997(1997-11-16) (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Uşağı 3 (Məhmət Əli Ərbil daxil olmaqla)
Fəaliyyəti səsləndirmə aktyoru[d]
Təhsili
IMDb ID0258674

Səadəttin Ərbil 6 mart 1925-ci ildə İstanbulda anadan olmuşdur. Babası Ərbildə anadan olmuşdur. Kabataş Oğlan Liseyində oxuyan zaman müəllimi Faruq Nafiz Çamlıbelin rəhbərliyi ilə aktyorluğa başlamışdır. Ağsaray Bulvar Teatrına daxil olmuşdur. Burada Kənan Büke, Asuman Korad, Əziz Basmacı kimi şəxslərlə işləmək imkanı qazanmışdır.

Aktyor və şoumen Mehmet Əli Ərbilin atası olan Səadəttin Ərbil bir çox filmdə rol almışdır. 16 noyabr 1997-ci ildə İstanbulda beyin qanamasından vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir. Ərbil Yurdagül Gönenç və İffət Semerci ilə evli olmuş, 3 övladı var idi.

  1. "Sinematürk' te Saadettin Erbil". 23 Ocak 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Aralık 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]