Gülnara Qocayeva Məmmədova

Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent).

Gülnara Qocayeva-Məmmədova
Doğum tarixi 1959
Doğum yeri
Vətəndaşlığı
Elm sahəsi Pedaqogika
Elmi adı Assosasion Professor (Dosent)
Mükafatları Şərəf medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur.

Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır.

Önəmli əsərləri[redaktə | mənbəni redaktə et]

Kitablar
  • 2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / Tbilisi
Məqalələri
  • 1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı
  • 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı
  • 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə). – Sulxan-Saba Orbeliani Tbilisi Dövlət Pedaqoji Universiteti Əsərləri, Cild 6, s. 79–81 / Tbilisi
  • 1999 Batumda Azərbaycan Məktəbi. – Elm və Həyat, Sayı 3–4, s. 25 / Bakı
  • 2000 Qori Seminariyasının Borçalı Məzunları. – Pedaqoji Universitet Xəbərləri, Pedaqoji, Psixoloji elmlər Seriyası, Sayı 1–2, s. 87–94 / Bakı
  • 2000 Məktəb və Pedaqoji Fikir Tarixi: Yüz Yaşlı Sarvan Məktəbi. – Azərbaycan Məktəbi, Sayı 3, s. 76–79 / Bakı
  • 2002 Borçalının Maarif Qaranquşu. – Azərbaycan Məktəbi, Sayı 5, s. 75–85 / Bakı
  • 2008 12. Yüzyıl Gürcü Şairi Şota Rustaveli ve Nevruz, (ortaqlı müəllif). – Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 1, s. 163–166 / Kars / Türkiyə
  • 2008 Gürcüce Sayı Sisteminin Özgün Yapısı Üzerine. – Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 2, s. 149–164 / Kars / Türkiyə
  • 2009 Tiflis'te "Şeyh Nizami" Okulu (1918–1921 Yılları), TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi, Sayı 3, s. 61–65 / Ankara
Məruzələri
  • 1-ci Uluslar Arası Halk Kültürü Sempozyumu (Ərzurum 2005)
  • Osmanlılar Döneminde Sivas Sempozyumu (Sivas 2007)
  • 6-cı Uluslar Arası Türk Dili Kurultayı (Ankara 2008)
  • 7-ci Uluslar Arası Türk Kültürü Kongresi (Ankara 2009)

İstinadlar[redaktə | mənbəni redaktə et]