Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı – 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990).
Gültəkin Cabbarlı | |
---|---|
Gültəkin Əjdər qızı Cabbarlı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Aydın Qaradağlı |
Uşaqları | Xanım Qaradağlı, Aygül Qaradağlı, Vüqar Qaradağlı |
Fəaliyyəti | diktor |
Mükafatları |
Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.
Respublikanın əməkdar artisti Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.
Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var. Gültəkin Cabbarlının səsini daha çox Güney Azərbaycan dinləyiciləri yaxşı tanımış, ona "Gültəkin ana" deyərək qəlblərində yer vermişlər. Çünki Gültəkin xanım uzun müddət Cənubi Azərbaycan redaksiyasında çalışaraq hər gün həmvətənlərimizlə təmasda olmuşdur.
Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.[1]