Gülzar Rzayeva

Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi.

Gülzar Rzayeva
bayraq
Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri
bayraq2
2000 – 2005
ƏvvəlkiVəzifə təsis olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 13 yanvar 1950(1950-01-13) (74 yaş)
Doğum yeri

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, mülki məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir[1].

2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb.

Hal-hazırda Ali Məhkəmənin hakimidir.

  1. "RZAYEVA Gülzar Lətif qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.