Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır.
Gümüşü çingil | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Gümüşü çingil |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir. Paxlası saplaqlı, sarımtıl-qonur, uzunluğu 1-3 sm, eni 7-12 mm, üzəri qırışıqlı, uc hissəsi əyilmiş və gec açılandır. Toxumları şabalıdı rəngdə, çılpaq, uzunluğu 2,5-3 mm və eni 2 mm-dir. Iyun - iyul aylarında çiçəkləyir, oktyabr-noyabrda meyvələri yetişir. Toxumla, budaqlarını basdırmaqla və kök pöhrəsi vasitəsi ilə artırılır. Bolluca çiçək açır.
Gilli, qumlu, kirəcli torpaqlarda çoxlu kök bicləri olur. Quraqlığa davamlı, işıq sevən və torpağa az tələbkar olan dekorativ koldur.
Naxçıvanda, Kür-Araz ovalığında (yabanılaşmış halda), quru yamaclarda, çayların sahillərində, çınqıllı və daşlı-qumlu vadilərdə bitir.
Daşlı və orta şoranlaşmış yerləri yaşıllaşdırmaq məqsədilə istifadə edilir. Yaxşı bal verən bitkidir. Köklərində boyaq maddəsi alınır.