Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir.
Günün soyuq işığı | |
---|---|
ing. The Cold Light of Day | |
Janr |
Döyüş Triller |
Rejissor | Mabrouk El Meçri |
Prodüser |
Mark D. Evans Trevor Mesi Kevin Mann |
Ssenari müəllifi |
Scott Wiper John Petro |
Baş rolda |
Henri Kavill Brüs Villis Siqurni Uiver Veronika Eçequi |
Operator |
|
Bəstəkar | Lukas Vidal |
İstehsalçılar | Summit Entertainment |
Distribütor | Netflix |
İlk baxış tarixi | 6 aprel, 2012 |
Filmin növü | Bədii film |
Müddət | 93 dəqiqə |
Büdcə | 20 milyon dollar[1] |
Gəlir | 16,863,583 dollar[2] |
Ölkələr |
ABŞ İspaniya |
Dil |
İngiliscə İspanca |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid, İspaniya |
IMDb | ID1366365 |
Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır.