Bu məqaləni vikiləşdirmək lazımdır. |
Günəş vaxtı — Astronomiyada[1] əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s.
Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir. Yəni,
Is = 1/(24•60•60) =1/86400 — orta Günəş günü.
Gün batımı və ya Günəş batması Yerin fırlanma nəticəsində üfüqün altındakı Günəşin yox olmasıdır.
Gün batımı zamanı astronomiyada Günəşin diskinin arxa kənarı üfüqün altına endirildiyi an kimi təyin olunur. Üfüq yaxınlığında atmosfer süzgəsi, Günəşdən gələn şüanın işıq yolunu belə bir şəkildə təhrif edər ki, günəş batışı müşahidə edildiyi zaman geometrik şəkildə Günəş[1] diskinin üfüqün altından bir diametrə bərabərdir[2].
Eyni coğrafi meridianda Günəş diski mərkəzinin iki ardıcıl eyni adlı kulminasiyası (yuxarı və ya aşağı) arasında keçən zaman fasiləsi həqiqi Günəş günü adlanır.
Həqiqi Günəş günü, Günəş diski mərkəzinin aşağı kulminasiyasından hesablanır.
Həqiqi Günəş diski mərkəzinin aşağı kulminasiyasından verilmiş ana qədər keçən vaxta həqiqi Günəş vaxtı deyilir.
Aydındır ki, həqiqi Günəş vaxtı Günəş diski mərkəzinin saat bucağının 12 saat artırılmış qiymətinə bərabər olacaqdır. Həqiqi Günəş vaxtını Tʘ və həqiqi Günəşin saat bucağını tʘ
ilə işarə etsək yaza bilərik ki,
Tʘ=tʘ+12h
Günəş yuxarı kulminasiyada olduqda (günorta) onun saat bucağı
tʘ =0h
olduğundan günorta həqiqi Günəş vaxtı
Tʘ=12h
olar. Eləcə də Günəş aşağı kulminasiyada olduqda (gecəyarı) onun saat bucağı
tʘ =12h
olduğundan gecəyarısı həqiqi Günəş vaxtı
Tʘ=24h
olar. Günəş günü ulduz günündən 3 dəqiqə 56 saniyə böyükdür. Bu da onunla əlaqədardır ki, Günəşin illik hərəkəti onun günlük hərəkətinin əksinə yönəlmişdir və Günəş gündə illik yolunun təxminən 1/365-i qədər yerini dəyişir.
Ulduz günündən fərqli olaraq həqiqi Günəş günü sabit qalmayıb il ərzində dəyişir. Dekabrın 22-də həqiqi günəş günü ən uzun, sentyabrın 23-də isə ən qısa olur. Bu zaman ən uzun və ən qısa həqiqi günəş günlərinin fərqi 50–51 saniyəyə çatır[2].
Həqiqi Günəş gününün belə dəyişməsinin iki səbəbi vardır:
1. Günəşin illik hərəkəti ekliptika üzrə baş verir, onun
vaxtı təyin edən saat bucağı isə ekliptika ilə 23°26'22"-lik bucaq əmələ gətirən göy ekvatoru boyunca ölçülür.
2. Günəşin ekliptika üzrə hərəkəti bərabərsürətli deyil.
Beləliklə, həqiqi Günəş günü və onunla bağlı olan həqiqi
Günəş vaxtı bərabər sürətlə axmır. Ona görə orta Günəş və onunla təyin olunan orta Günəş vaxtı anlayışları daxil edilir.
Günəşin ekliptika üzrə illik hərəkətinin orta sürəti ilə ekvator boyunca sabit sürətlə hərəkət edən və yaz bərabərliyi nöqtəsindən Günəşlə eyni vaxtda keçən xəyali nöqtə orta Günəş və ya orta ekvatorial Günəş adlanır. Eyni coğrafi meridianda orta ekvatorial Günəşin iki ardıcıl eyni adlı kulminasiyası arasında keçən vaxt fasiləsinə orta Günəş günü deyilir.
Orta Günəş gününün də başlanğıcı onun aşağı kulminasiyasından hesablanır.
Orta Günəşin aşağı kulminasiyası anından verilmiş ana qədər keçən vaxta orta Günəş vaxtı deyilir.
Orta Günəş vaxtını Tm və orta Günəşin saat bucağını tm ilə işarə etsək
Tm= tm+12h n hesablanır
olar. Orta Günəş yuxarı kulminasiyada olduqda orta günorta olur. Bu anda
tm=0h
olduğundan günorta vaxtı
Tm=12h
olar. Orta Günəş aşağı kulminasiyada olduqda (gecəyarısı)
tm=12h
və orta Günəş vaxtı
Tm=24h
olar. Hazırda bütün dünyada istifadə olunan vaxt orta Günəş vaxtıdır. Qeyd edək ki, bundan sonra gün dedikdə biz orta Günəş gününü, vaxt dedikdə isə orta Günəş vaxtını nəzərdə tutacağıq[2].