Günəbaxan

Günəbaxan (lat. Helianthus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Günəbaxan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Günəbaxanın vətəni Amerikadır. Yabanı halda MeksikadaPeruda təsadüf edilir. Avropaya XVI əsrdə Meksikadan gətirilib və uzun müddət bəzək bitkisi kimi istifadə olunub.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündür birillik bitkidir. Yarpaqları iri, bütöv ayalıdır, gövdə üzərində spiral şəklində düzülür, çiçəklər gövdənin təpə hissəsində səbət çiçək qrupunda toplanır. Səbətin diametri 30 sm-ə bərabər olur. Səbət alt tərəfdən bir-birinə bitişmiş yaşıl sarı yarpaqları ilə örtülmüşdür. Səbətdə minə qədər çiçək olur. Burada toplanmış çiçəklər boru və dilcikşəkillidir. Boruşəkilli çiçəklər səbətin ortasında yerləşir. Onlar pərdəşəkilli kasacıq və 5 bitişmiş sarı rəngli ləçəkdən əmələ gəlmiş tacdan ibarətdir. Tacın ortasında ikidilimli zərif dişicik və bitişik halda 5 erkəkcik yerləşir. Bitişmiş erkəkciklər dişiciyi əhatə edən borucuq əmələ gətirir. Səbəti qıraqlardan dilcikşəkilli sarı çiçəklər əhatə edir.

Azərbaycanda günəbaxanın iki növü becərilir. Onlardan biri birillik günəbaxan, digəri isə köküyumru günəbaxandır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Vosacan Adans.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Discomela Raf.
  • Echinomeria Nutt.
  • Harpalium (Cass.) Cass.
  • Helianthemum Gray
  • Leighia Cass.
  • Lincecumia Buckley
  • Neactelis Raf.