Günay Elçin qızı Əfəndiyeva — Azərbaycanlı ictimai-siyasi xadim, diplomat. Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədr müavini, Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi. Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti (2015-2023)
Günay Əfəndiyeva | |
---|---|
Günay Elçin qızı Əfəndiyeva | |
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 14 saylı Xəzər - Pirallahı |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti | |
11.09.2015 – 28.11.2023 | |
Əvvəlki | vəzifə təsis edildi. |
Sonrakı | Aktotı Raimkulova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Atası | Elçin Əfəndiyev |
|
|
Təltifləri |
Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olmuşdur.
1991-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirmişdir. 1997-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla həkimlik ixtisası ilə bitirmişdir. 1997-1998-ci illərdə Bakı şəhəri Respublika Diaqnostika Mərkəzində fuksional diaqnostika üzrə internatura keçmişdir.
Ailəsi
2004-2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul Baş konsolosluğunda vitse-konsul, konsul vəzifələrində çalışaraq başlamışdır. 2009-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə AR Milli Komissiyasının birinci katibi, müşaviri, baş katibi vəzifələrində çalışmışdır. 2015-ci ilin 11 sentyabr tarixində Türk Şurasının (Türk Dövlətləri Təşkilatı) Dövlət Başçılarının Astana zirvə görüşü zamanı qəbul etdikləri qərəra əsasən Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunmuş,[1] 2023-cü ilin noyabr ayına qədər bu vəzifədə çalışmışdır.
06 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.[2]
Günay Əfəndiyeva 2024-cü il növbədənkənar parlament seçkilərində Bitərəf kimi 14 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[3] Seçkidə qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
23 sentyabr 2024-cu ildə Milli Məclisin Mədəniyyət Komitəsinin (sədr: Polad Bülbüloğlu) sədr müavini, Səhiyyə komitəsinin üzvüdür.
Türk Dövlətləri Parlament Assambleyasının üzvüdür.
06.07.2009-cu il tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)”, 09.07.2019-cu il tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalları ilə təltif olunmuşdur.
Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı (2023), Y.Balasagın adına Qırğız Milli Universitetinin Fəxri Professoru (2022),[4] Nəzir Torekulov adına Qazaxıstanın Ali diplomatik medalı (2023),[5] TÜRKSOY 30-cu il medalı (2023),[6] Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi (2023), Manas medalı (2023), Çingiz Aytmatov medalı (2021)[7], Abay Kunanbayev medalı (2020) və bir çox digər medal və fəxri adlarla təltif olunmuşdur.
2024-cü ilin oktyabrında Macarıstanın ali mükafatlarından biri olan “Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.[8]