Azərbaycanda parlament seçkiləri (2024)

Azərbaycanda parlament seçkiləri — 2024-cü il sentyabrın 1-də Azərbaycan Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkiləri.

← 2020  Azərbaycan  Növbəti →
Azərbaycanda parlament seçkiləri
1 sentyabr 2024
Rəhbər İlham Əliyev Sabir Rüstəmxanlı Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Vətəndaş Həmrəyliyi Partiyası Ana Vətən Partiyası
Rəhbər Elşən Musayev Fazil Mustafa Asim Mollazadə
Partiya Azərbaycan Demokratik Maarifçilik Partiyası Böyük Quruluş Partiyası Demokratik İslahatlar Partiyası
Rəhbər Qüdrət Həsənquliyev Tahir Kərimli
Partiya Ədalət, Hüquq, Demokratiya Partiyası Vəhdət Partiyası

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.

COVID-19 pandemiyası

[redaktə | mənbəni redaktə et]

II Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: II Qarabağ müharibəsi

Boş qalan mandatlar

[redaktə | mənbəni redaktə et]

Növbədənkənar prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev,[1] Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli,[1] partiyanın icraçı katibi Natiq Cəfərli,[2] sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn,[1] sabiq deputat Abutalıb Səmədov,[2] Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə[1] də anoloji fikirləri səsləndirmişdir.

2 may 2024-cü ildə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmiş və ardınca sədr Məzahir Pənahov seçkilərin tarixi ilə bağlı müzakirələrə aydınlıq gətirmişdir. O, qanunvericiliyə əsasən parlament seçkilərinin 2024-cü ilin noyabrında keçirilməli olduğunu qeyd etmiş, lakin həmin ərəfədə ölkədə COP29 tədbirinin keçiriləcəyi üçün seçkilərin önə çəkilməsi ilə bağlı qərarın verilə biləcəyini qeyd etmişdir.[3]

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn konstitusiya islahatları gözləntilərinin gerçəkləşmədiyini, beləliklə yarış mühitinin olmayacağını, hakimiyyətin bəzi dairələri boş buraxaraq müxalifətə şans tanıyacağını və belə seçkinin isə süni göründüyünü söyləmişdir.[4]

Növbədənkənar seçki tələbi

[redaktə | mənbəni redaktə et]

Kütləvi informasiya vasitələrində 20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyasının qapalı iclasında növbədənkənar parlament seçkilərinin keçirələcəyinin müzakirə olunduğu iddia edilmişdir.[5] Parlamentin növbədənkənar son iclasında da parlamentin buraxılacağı iddia edilmişdir.[6]

20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyası qapalı iclas keçirmiş, iclasda hakim partiyanın millət vəkilləri növbəti parlament seçkilərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı başda olmaqla digər mötəbər tədbirlərlə eyni vaxtda olması səbəbi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul etmişdir.[7]

Parlamentin 21 iyun 2024-cü il tarixli iclasında hakim Yeni Azərbaycan Partiyası deputatları adından Hikmət Babaoğlu növbədənkənar seçki tələbini oxumuşdur. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılmış, Adil Əliyev komissiyanın sədri, Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən MusayevNigar Arpadarai isə komissiyasının üzvləri təyin olunmuşdur. Mətn səsə qoyulmuş iclasda iştirak edən 106 deputatdan 105-nin lehinə, 1-nin əleyhinə səsi ilə qəbul olunmuşdur.[8] Parlament adından hazırlanan Prezidentə müraciət mətnini Tahir Rzayev oxumuşdur.[9]

Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa müxalif partiya olaraq seçkilərin növbədənkənar keçirilməsini dəstəklədiklərini açıqlamışdır.[10]

Azad Vətən Partiyası sədri Akif Nağı,[11] Azərbaycan Demokratik Maarifçilik Partiyası sədri, deputat Elşən Musayev, Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə,[11] Azərbaycan Ümid Partiyası sədri İqbal Ağazadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev,[11] Ədalət Partiyası sədr müavini Mütəllim Rəhimli, Müasir Müsavat Partiyası sədri Hafiz HacıyevRespublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli seçkilərin növbədənkənar olmasının gözlənilən olduğunu və partiyalarının seçkilərdə iştirak edəcəyini açıqlamışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədr müavini Məmməd İbrahim isə qərara pis baxdıqlarını, namizədlərin seçkiyə hazırlaşmağa vaxtlarının az olduğunu, seçkilərin isə qəflətən və isti vaxtlarda keçəcəyini açıqlamışdır.[12]

Azərbaycan Konstitusiya Məhkəməsi 27 iyun 2024-cü ildə parlamentin 2024-cü il 21 iyun tarixli "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxaraq bu qərarın Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edildiyini elan etmişdir.[13]

28 iyun 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Milli Məclisinin buraxılması və 1 sentyabr 2024-cü ildə Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalamışdır.[14][15]

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü ildə qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[16]

Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür.[17]

Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası və Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[18][19]

Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[20] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[21] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[22] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[23][24] 4 may 2024-cü ildə keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.[25]

Ədalət, Hüquq, Demokratiya Partiyası İdarə Heyəti 1 iyul 2024-cü ildə Yeni Azərbaycan Partiyasına çağırış edərək partiyanın digər partiyalara da şərait yaratması və parlamentdə 2/3-dən çox yerə sahib olmaması üçün sadəcə 83 seçki dairəsi üzrə namizəd göstərməsini tələb etmişdir.[26]

Respublikaçı Alternativ Partiyası Seçki Qərargahı partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürütmüşdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir.[17] 24 may 2024-cü ildə partiyanın icraçı katibi Natiq Cəfərli partiyanın 17 namizədinin siyahısının təsdiqləndiyini, Erkin Qədirlinin 16 saylı seçki dairəsindən namizəd ola biləcəyini açıqlamışdır. Rəsmi olaraq seçkilərin elanından sonra partiya namizədlər siyahısını açıqlayacağını bəyan etmişdir.[27]

Respublikaçı Alternativ Partiyası,[27] Vətəndaş Həmrəyliyi Partiyası,[28] Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası,[29] Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası,[30] Müasir Müsavat Partiyası,[31]Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[18][19]

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov seçkilərdə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə irəli sürəcəyini açıqlamış, partiyanı uğura gətirməyəcəyi və ya qələbə üçün yetərli səs qazanmayacağı təqdirdə siyasətdən gedəcəyini elan etmişdir.[32]

Azərbaycan Milli Məclisinin VI çağırış deputatlarından Ana Vətən Partiyası sədri Fəzail Ağamalı,[33] Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirak niyyətinin olduğunu açıqlasalar da,[34] Fəzail Ağamalı qızı Günay Ağamalının,[35] Sabir Rüstəmxanlı isə Tənzilə Rüstəmxanlının xeyrinə seçkilərdə iştirakdan imtina etmişdir.[36] Digər deputat, Milli Cəbhə Partiyası sədri Razi Nurullayev də namizədliyini İmişlidən irəli sürəcəyini açıqlamışdır.[37]

Sabiq deputat Lalə Şövkət seçkilərdə iştirak etməyəcəyini açıqlamışdır.[38] Sabiq deputat İqbal Ağazadə seçki dairələrinin yenidən təşkilindən sonra bu dəfə 36 saylı Suraxanı-Xətai seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlamışdır.[39] Buna baxmayaraq daha sonra İqbal Ağazadə seçkidə iştirakdan imtina etmişdir.[40]

2005-ci il parlament seçkilərində Azadlıq Blokundan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa vahid namizəd olmuş, daha sonra partiyasından istefa vermiş və 2024-cü il prezident seçkilərində İlham Əliyevi dəstəkləmiş Akif İslamzadə təklif alacağı təqdirdə deputatlığa namizəd olmağı dəyərləndirəcəyini açıqlamışdır.[41]

2024-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ya ənənəvi olaraq namizəd olduğu 9-cu, ya da 33-cü Xətai seçki dairəsindən deputatlığa namizəd olmağı planlaşdırdığını açıqlamış,[29] digər namizəd Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa ənənəvi olaraq 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə,[42] digər namizəd, ləğv olunmuş Azərbaycan Liberal Demokrat Partiyası lideri Fuad Əliyevin isə Bakı rayonlarının birindən namizədliyini irəli sürəcəyi açıqlanmışdır.[43]

2023-cü ildə fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli 73 saylı seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlamışdır.[44] Bununla belə, fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının sabiq sədri Abutalıb Səmədov isə seçki dairəsi bağlı qərar verməsə də deputatlığa namizəd olacağını açıqlamışdır.[44] Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının sabiq sədri Əli Əliyev isə səhhəti ilə bağlı məsələlər səbəbindən seçkilərlə maraqlanmadığını açıqlamışdır.[44]

Növbədənkənar seçki tələbinin ardınca, 23 iyun 2024-cü ildə keçirilmiş Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin aldığı qərarla partiya seçkilərdə 13 nəfərlə iştirak edəcəyi qərarlaşmışdır..[45]

3 iyul 2024-cü ildə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin iclası keçirilmiş, iclasada növbədənkənar seçkilərdə iştirak qərarı alınmışdır.[46]

Müsavat Partiyası Məclisinin 4 iyul 2024-cü il tarixli növbədənkənar iclasında üzvlərin 51-nin lehinə, 19-nun əleyhinə, 2-sinin bitərəf səsi ilə seçkilərdə iştirak qərarı alınmışdır.[47] Daha sonra partiyanın seçki qərargahının sədri Arif Hacılı müsahibə verərək seçkilərdə iştirak edəcəyi təqdirdə Bakı üzrə bir seçki dairəsindən namizədliyini irəli sürəcəyini, partiyanın daha 10 namizədini yaxın müddət ərzində açıqlayacağını və seçkilərdə Müsavatın qeyri-rəsmi olaraq "Azadlıq, ədalət, hüquqi dövlət!" şüarından istifadə edəcəyini qeyd etmişdir.[48] Partiyanın sədri İsa Qəmbər və Məclis sədri Arif Hacılı seçkilərdə iştirakdan imtina etmişdir.[49][50]

Yeni Zaman Partiyası Mərkəzi Şurası 5 iyul 2024-cü il tarixli iclas keçirmiş, iclasda seçkilərdə iştirak qərarı alınmış və seçki qərargahı yaradılmışdır.[51] Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının 6 iyul 2024-cü il tarixli iclasında seçkilərdə iştirak qərarı alınmışdır.[52] Ədalət, Hüquq, Demokratiya Partiyası Ali Məclisi 6 iyul tarixində iclas keçirmiş, iclasda növbədənkənar parlament seçkilərində iştirak qərarı aınmışdır.[53] Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı almışdır.[54] Haqq Ədalət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul etmişdir.[55] Ədalət Partiyası seçkilərdə iştirak qərarı versə də, sədri İlyas İsmayılov seçkilərdə iştirakdan imtina etmişdir.[56]

Ana Vətən Partiyası İdarə Heyəti iclas keçirmiş, seçkilərdə iştirak və seçki qərargahı yaratmaq qərarı almışdır. Qərargahın sədri isə partiyanın sədr müavini Yalçın Hacızadə təyin edilmişdir.[57]

2023-cü ildə fəaliyyətini dayandırmış partiyalardan Azərbaycan Liberal Partiyasının sabiq sədri Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlamışdır.[44] O, namizəd olmaq istəsə də, bəzi problemlərlə qarşılaşmışdır. Bu səbəblə, Əvəz Temirxan Azərbaycan Xalq Partiyası sıralarına qoşulmadan partiyanın həmin seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur.[58]

VI çağırış deputatlarından, bitərəf deputat, Milli Məclisin sədr müavini Adil Əliyev 8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.[59]

Hüquq Müdafiə Təşkilatlarının Monitoring Qrupu üzvləri adından Səadət Bənəniyarlı, Səidə Qocamanlı və Novella Cəfəroğlu Yeni Azərbaycan Partiyası sədri İlham Əliyevə mətbuatda müraciət ünvanlamış və partiya üzvü Çingiz Qənizadənin deputatlığa namizəd olmasını xahiş etmişdir.[60]

13 iyul 2024-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin iclası keçirilmiş, iclasda "ölkədə 300 nəfərdən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan edildiyini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən monitorinqinə imkan verilmədiyini, azad rəqabət və seçki mühitinin olmadığı" səbəblərini göstərərək növbədənkənar parlament seçkilərini boykot qərarı almışdır.[61] Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu qərarını dəstəklədiyini açıqlamışdır.[62]

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün seçkilərdə iştirak etməyəcəyini, partiyasının isə 11 namizədlə yarışa qatılacağını açıqlamışdır.[63]

VI çağırış bitərəf deputatlarından Musa Qasımlı,[64] Sabir Hacıyev,[65] Məzahir Əfəndiyev,[66] Sevil Mikayılova,[67] Ülviyyə Ağayeva,[68] Soltan Məmmədov,[69] Cavanşir Feyziyev,[70] Əminə Ağazadə, Sahib Alıyev,[71] Elşən Musayev,[72] Tural Gəncəliyev,[73] Novruzəli Aslanov,[74] Jalə Əliyeva,[74] Anatoliy Rafailov,[74] Sahib Alıyev,[75] Vüqar Bayramov,[76] Aqil Abbas,[77] Azər Kərimli,[77] Eldar Quliyev,[77] Nigar Arpadarai,[77] Könül Nurullayeva,[77] Rasim Musabəyov,[77] Bəhruz Məmmədov,[78] Tamam Cəfərova,[79] Əli Məsimli,[80] Arzu Nağıyev[81]Demokratik İslahatlar Partiyası sədri, deputat Asim Mollazadə[82] seçkidə iştirak qərarı vermişdir. Bitərəf deputat Rüfət Quliyev,[77] Jalə Əhmədova[83] və Vəhdət Partiyası sədri Tahir Kərimli isə[84] seçkilərdə iştirakdan imtina etmişdir. Həmçinin, VI çağırış deputatı olmuş, 3 mart 2022-ci ildə Azərbaycan Prezidenti tərəfindən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisi vəzifəsinə təyin olunmuş,[85] 17 mart 2022-ci ildə mandatı ləğv olunmuş[86] Şahin Seyidzadə seçkilərdə iştirak etmək qərarı almışdır.[87]

Sabiq deputatlar Elton Məmmədov,[88] Əliməmməd Nuriyev,[89] Azər Əmiraslanov[90] da seçkilərdə iştirak qərarı almışdır. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, sabiq deputat Polad Bülbüloğlu Şuşalıların onu parlamentə seçəcəyi təqdirdə onların etimadını doğrultmaq üçün hər şey edəcəyini açıqlamışdır.[91] Elton Məmmədov namizədliyini irəli sürsə də, 24 iyul 2024-cü ildə onun namizədliyi sənədlərindəki saxtakarlıq səbəbi ilə ləğv edilmişdir. O, açıqlamasında MSK üzvlərini və MSK sədri Məzahir Pənahovu saxta olmaqla günahlandırmışdır.[92] Sabiq deputat Əliməmməd Nuriyev daha sonra namizədliyini geri götürmüşdür.[93]

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu əvvəlcə deputatlığa namizədliyini irəli sürsə də, daha sonra namizədliyini geri çəkmişdir.[94] Həmçinin VI çağırış Milli Məclisin bitərəf deputatı Vahid Əhmədov əvvəlcə deputatlığa namizəd olacağını açıqlayıb, namizədliyini irəli sürsə də, daha sonra namizədliyini geri çəkmişdir.[95]

Siyasi partiya
İştirak
Partiyanın rəhbəri
Adı və soyadı
İştirakı
Seçki dairəsi
Ağ Partiya ✅Y Tural Abbaslı
Ana Vətən Partiyası ✅Y Fəzail Ağamalı ❌N
Azad Vətən Partiyası ✅Y Akif Nağı
Azərbaycan Demokrat Partiyası ✅Y Sərdar Cəlaloğlu ❌N
Azərbaycan Demokratik Maarifçilik Partiyası ✅Y Elşən Musayev
Azərbaycan Xalq Cəbhəsi Partiyası ❌N Əli Kərimli ❌N
Azərbaycan Xalq Partiyası ✅Y Pənah Hüseyn
Azərbaycan Milli İstiqlal Partiyası ✅Y Arzuxan Əlizadə
Azərbaycan Ümid Partiyası ✅Y İqbal Ağazadə ❌N
Böyük Azərbaycan Partiyası ✅Y Elşad Musayev
Böyük Quruluş Partiyası ✅Y Fazil Mustafa
Demokratik İslahatlar Partiyası ✅Y Asim Mollazadə
Ədalət, Hüquq, Demokratiya Partiyası ✅Y Qüdrət Həsənquliyev
Ədalət Partiyası ✅Y İlyas İsmayılov ❌N
Gələcək Azərbaycan Partiyası ✅Y Ağasif Şakiroğlu
Haqq Ədalət Partiyası ✅Y Əli İnsanov ❌N
Klassik Xalq Cəbhəsi Partiyası ✅Y Mirmahmud Mirəlioğlu
Milli Cəbhə Partiyası ✅Y Razi Nurullayev
Milli Dirçəliş Hərəkatı Partiyası ✅Y Fərəc Quliyev
Müasir Müsavat Partiyası ✅Y Hafiz Hacıyev
Müsavat Partiyası ✅Y İsa Qəmbər ❌N
Respublikaçı Alternativ Partiyası ✅Y İlqar Məmmədov
Vəhdət Partiyası ✅Y Tahir Kərimli ❌N
Vətəndaş Həmrəyliyi Partiyası ✅Y Sabir Rüstəmxanlı ❌N
Yeni Azərbaycan Partiyası ✅Y İlham Əliyev ❌N
Yeni Zaman Partiyası ✅Y Musa Ağayev

Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.[28]

Növbədənkənar seçki tələbinin ardınca, 23 iyun 2024-cü ildə keçirilmiş Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin aldığı qərarla partiya seçkilərdə 13 nəfərlə iştirak edəcək. Bu 13 nəfər arasında Elçin Əliyev, Erkin Qədirli, İlqar Məmmədov, Natiq CəfərliRəsul Cəfərov da var.[45]

3 iyul 2024-cü ildə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin iclası keçirilmiş, iclasda növbədənkənar seçkilərdə partiyanın 6 namizədi müəyyənləşmişdir. Belə ki, partiya sədri Pənah Hüseynin 68 saylı Sabirabad-Şirvan, sədr müavini Qiyas Sadıqovun isə 67-ci Sabirabad seçki dairəsindən namizəd olması qərara alınmışdır.[46]

Müsavat Partiyası Divanının 8 iyul 2024-cü il tarixli iclasında 27 nəfərdən ibarət namizədlər siyahısını təsdiqləmişdir.[96] Partiya Divanı 12 iyul 2024-cü ildə növbədənkənar iclas keçirmiş və daha 3 deputatlığa namizədini açıqlamışdır. Onlar arasında sabiq deputat İkram İsrafil və tarixçi Nəsiman Yaqublu da var.[97] Partiya Divanı 15 iyul 2024-cü ildə növbədənkənar iclas keçirmiş və daha 4 deputatlığa namizədini açıqlamışdır. Onlar arasında Mustafa HacıbəyliSabir Məmmədli də var.[98]

17 iyul 2024-cü ildə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilmiş və iclasda 125 nəfərlik namizədlər siyahısı təsdiqlənmişdir.[99] Partiya VI çağırış deputlarından Vasif Talıbov, İsa Həbibbəyli, Cəbi Quliyev, Rauf Əliyev, Elnur Allahverdiyev, Sədaqət Vəliyeva, Əliabbas Salahzadə, ⁠Emin Hacıyev, ⁠Oqtay Əsədov, İlham Məmmədov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Nizami Cəfərov, ⁠Kamilə Əliyeva, ⁠Aqiyə Naxçıvanlı, ⁠Bəxtiyar Sadıqov⁠Mahir Abbaszadə daxil olmaqla ümumilikdə 17 deputatı yenidən namizəd göstərməmişdir.[100] Bu o deməkdir ki, partiya 51 deputatını yenidən namizəd göstərmişdir. Bu siyahıda vəzifəsindən 2024-cü ildə azad edilmiş sabiq deputatlar Mübariz Qurbanlı, Səyyad AranEyvaz Qurbanov və SOCAR-ın sabiq vitse-prezidenti Bədəl Bədəlov[101] da var. Həmçinin siyahıda Baş nazirin müavini, YAP sədrinin müavini sabiq deputat Əli Əhmədov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, sabiq nazir, Azərbaycan Dövlət Dəniz Akademiyası rektoru Heydər Əsədov, sabiq deputat Xanlar Fətiyev,[102] Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva da var.[103] Siyahıda həmçinin Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Xətai bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva da var.[104] Siyahıda sabiq deputat, Mərkəzi Seçki Komissiyası üzvü Şaitdin Əliyevin qızı,[105] sabiq deputatlar Tahir SüleymanovunƏhməd Vəliyevin oğulları var.[106]

Yeni Azərbaycan Partiyası İdarə Heyəti 19 iyul 2024-cü ildə 12 saylı Xəzər birinci seçki dairəsi üzrə vahid namizəd Şaitdin Əliyevin qızı Aygün Şaitdin qızı Maniyevanı Pərvanə Əlövsəd qızı Piriyeva ilə əvəzləmişdir.[107]

2 avqust 2024-cü ildə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başa çatmışdır. Namizədlik üçün müraciət edən 1508 nəfərdən 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunmuş, onlardan 1420 nəfərə imza vərəqi verilmişdir. Bu şəxslərdən sadəcə 1191-i imza vərəqələrini qaytarmışdır. Yekunda isə 881 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Namizədliyi irəli sürülən şəxslərdən 590-ının isə müxtəlif siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülmüşdür.[108]

Cinsiyyət bölgüsü

[redaktə | mənbəni redaktə et]
Siyasi partiya
Cinsiyyətə görə namizəd sayı
Yekun
Kişi
Qadın
Sayı
Nisbəti
Sayı
Nisbəti
Ağ Partiya
Ana Vətən Partiyası
Azad Vətən Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Azərbaycan Xalq Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Böyük Azərbaycan Partiyası
Böyük Quruluş Partiyası
Demokratik İslahatlar Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası
Ədalət Partiyası
Gələcək Azərbaycan Partiyası
Haqq Ədalət Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Müasir Müsavat Partiyası
Müsavat Partiyası
Respublikaçı Alternativ Partiyası
Vəhdət Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Yeni Azərbaycan Partiyası 92[109] 73.6% 33[109] 26.4% 125
Yeni Zaman Partiyası
Bitərəf
Ümumi

19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən verilən məlumata əsasən Azərbaycan üzrə seçki dairələri yenidən təşkil olunmuşdur.[110] Yeni yaradılan seçki dairələri orta təmsilçilik norması nəzərə alınaraq təşkil olunmuşdur.[111] 27 iyun 2024-cü ildə Mərkəzi Seçki Komissiyasının daha bir iclası keçirilmiş və iclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verilmişdir. Qərara əsasən qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılmışdır.[112]

10 iyul 2024-cü ildə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administirasiyasının ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev 28 iyun 2024-cü il tarixinə olan məlumata əsasən ölkə üzrə seçici sayısı 6 334 444 nəfər olmuşdur.[113] Belə ki, ölkə üzrə keçirilmiş son seçkilərdə, yəni 7 fevral 2024-cü il tarixli prezident seçkilərində seçicilərin sayı 6 254 556 nəfər olmuşdur.[114]

2 avqust 2024-cü il tarixinə olan məlumata görə 26 ölkə və səkkiz qurumdan ümumilikdə 99 beynəlxalq müşahidəçi, 5 477 nəfəri MSK-da, 9 029-ü isə dairə seçki komissiyalarında olmaq üzrə isə 14 506 yerli müşahidəçi qeydiyyatdan keçmişdir.[115]

  1. 1 2 3 4 "Növbədənkənar parlament seçkiləri..." Pravda.az. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  2. 1 2 "Parlament seçkiləri, yoxsa referendum?". Məhəmməd Ərsoyun BLOQU. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  3. "Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər | Report.az". report.az. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  4. ""BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR..."". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  5. "YAP-ın QAPALI iclasında hansı qərarlar alındı?". musavat.com (az.). 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  6. "Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq". publika.az (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  7. "YAP-çı deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər". Report İnformasiya Agentliyi (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  8. "Növbədənkənar seçkilərin əleyhinə 1 deputat səs verdi". musavat.com (az.). 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  9. "Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB-3". Report İnformasiya Agentliyi (az.). 2024-06-21. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  10. modern.az. ""Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik" - Fazil Mustafa". modern.az (az.). 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  11. 1 2 3 "Ölkə seçkilərlə bağlı Prezidentin qərarını gözləyir". musavat.com (az.). 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  12. modern.az. "Siyasi partiyalardan növbədənkənar seçki qərarına REAKSİYA". modern.az (az.). 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  13. "Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2024-06-27. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  14. "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  15. "VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM". 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  16. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  17. 1 2 BestApp.az. "REAL deputatlığa namizədlərini müəyyənləşdirir". -Yeni Sabah- (az.). 2024-04-01. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  18. 1 2 bizim.media. "Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU". bizim.media (az.). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  19. 1 2 Bakupost.az. "Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - Sorğu". www.bakupost.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  20. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  21. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  22. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  23. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  24. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  25. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  26. modern.az. "ƏHD Partiyasından YAP-a çağırış - 83 dairədən çox namizəd irəli sürmə!". modern.az (az.). 2024-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  27. 1 2 "ReAL-ın 17 namizədi bəlli oldu, siyahıda kimlər var? – Erkin Qədirli kənarda qalacaq?". Pravda.az. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  28. 1 2 Qocayev, İsmayıl. "Partiyalar erkən parlament seçkilərinə hazırlaşır". sherg.az (az.). 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  29. 1 2 "Elşad Musayev deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  30. ""Mənim məsələm dəqiq deyil, amma..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  31. "Bu seçkilərdə partiyamız parlament partiyası olacaq". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  32. ""Deputat olmasam siyasətdən gedəcəm" - » Gundeminfo.az". Gundeminfo.az. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  33. "Yaşı 70-i ötmüş deputatlardan kimlər seçkiyə gedir?". musavat.com (az.). 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  34. "Sabir Rüstəmxanlı seçkiyə gedəcək?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  35. modern.az. "Fəzail Ağamalı yox, qızı namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  36. "Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək". KONKRET (az.). 2024-07-17. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  37. ""Partiyada bir neçə aydır ki, seçki hazırlıqları gedir"". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  38. Gudratli, Rufat. "Lalə Şövkət deputatlığa namizəd olub-olmayacağına cavab verdi". Cebhe Info (az.). 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
  39. "İqbal Ağazadə deputat olmaq istəyir:". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  40. "Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək". KONKRET (az.). 2024-07-17. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  41. ""Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
  42. "Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  43. "Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  44. 1 2 3 4 "Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  45. 1 2 modern.az. "REAL 13 namizədlə seçkiyə gedir". modern.az (az.). 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
  46. 1 2 mia.az. "Pənah Hüseyn seçkiyə bu dairədən qatıldı - AXP-nin 6 dairə üzrə namizədləri müəyyənləşib". mia.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
  47. "Müsavatdan gözlənilən seçki qərarı - Kimlər namizəd olacaq? | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.
  48. modern.az. "Müsavat daha 10 dairədən namizəd irəli sürəcək". modern.az (az.). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  49. modern.az. "İsa Qəmbər, İqbal Ağazadə və Sabir Rüstəmxanlı namizəd olmadılar". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  50. "İsa Qəmbər və Arif Hacılı seçki ilə bağlı qərar verdilər". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  51. modern.az. "Daha bir partiya seçkilərdə iştirak qərarı verdi". modern.az (az.). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  52. apa.az. "AMİP parlament seçkilərində iştirak edəcək". apa.az (az.). 2024-07-06. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: apa.az.
  53. "Ədalət, Hüquq, Demokratiya Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək". tns.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
  54. "Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? - 'Sonuncu seçkimdir' | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.
  55. "Əli İnsanovun partiyası da seçkiyə qatılır - ŞOK ADLAR". musavat.com (az.). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
  56. "İlyas İsmayılovdan seçki açıqlaması: "Bu, qəti qərarımdır"". Teleqraf.com (az.). 2024-07-22. 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  57. "MSK "Ana Vətən" Partiyasına cavab verdi". 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  58. "Facebook". www.facebook.com. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
  59. "A.A.Əliyevin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  60. "Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun "Şöhrət" ordenli üzvlərindən Yeni Azərbaycan Partiyasına MÜRACİƏT". musavat.com (az.). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  61. "Azərbaycan Xalq Cəbhəsi Partiyası növbədənkənar parlament seçkilərini boykot edəcək". Voice of America (az.). 2024-07-13. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-13.
  62. "Milli Şura AXCP-nin parlament seçkilərini boykot qərarını dəstəklədiyini bildirir". Voice of America (az.). 2024-07-16. İstifadə tarixi: 2024-07-29.
  63. "Hafiz Hacıyev seçkidə iştirak etməyəcək". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  64. modern.az. "Musa Qasımlı bu dairədən namizədliyini irəli sürdü". modern.az (az.). İstifadə tarixi: 2024-07-29.
  65. modern.az. "Partiyasını buraxan deputat yenidən namizəd OLDU". modern.az (az.). İstifadə tarixi: 2024-07-26.
  66. modern.az. "Məzahir Əfəndiyev bu seçki dairəsindən namizədliyini irəli sürdü". modern.az (az.). İstifadə tarixi: 2024-07-26.
  67. modern.az. "Xanım deputat yenidən namizədliyini irəli sürüb". modern.az (az.). İstifadə tarixi: 2024-07-26.
  68. modern.az. "İki xanım deputat yenidən namizəd olacaq". modern.az (az.). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  69. modern.az. "Daha bir deputat seçki dairəsini DƏYİŞDİ". modern.az (az.). 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  70. modern.az. "Cavanşir Feyziyev bu dairədən namizəd olacaq - AÇIQLAMA". modern.az (az.). 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
  71. "Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürdü - ADLAR". Pravda.az. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-20.
  72. modern.az. "Elşən Musayev bu dairədən namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  73. modern.az. "Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  74. 1 2 3 modern.az. "Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı VERDİ". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  75. modern.az. "Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  76. modern.az. "Vüqar Bayramov yenidən Füzulidən namizədliyini irəli sürəcək". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  77. 1 2 3 4 5 6 7 modern.az. "Bitərəf deputatlar seçki ilə bağlı qərar verdi - Geri çəkilən var". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  78. modern.az. "Bəhruz Məhərrəmov seçki dairəsini açıqladı, Rüfət Quliyev isə..." modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  79. modern.az. "Tamam Cəfərova namizəd olacağı dairəni AÇIQLADI". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  80. "Əli Məsimli namizəd olacağı dairəni açıqladı". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  81. modern.az. "Arzu Nağıyev bu seçki dairəsindən namizəd olacaq". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  82. "Asim Mollazadə bu dairədən seçkiyə qatılır: Rəqibləri haqda özü danışdı". Teleqraf.com (az.). 2024-07-22. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  83. modern.az. "Jalə Əhmədova geri çəkildi: deputatlığa namizəd olmayacaq". modern.az (az.). 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
  84. "Tahir Kərimli: "Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm..."". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  85. "İlham Əliyev Şahin Seyidzadəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  86. "MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2022-03-17. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  87. ""İçərişəhər"in rəhbəri bu dairədən namizədliyini irəli sürdü". Pravda.az. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  88. modern.az. "Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq İSTƏYİR". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-20.
  89. "Əliməmməd Nuriyev seçkilərə qatıldı – Musa Qasımlı namizəd olmayacaq?". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  90. "Prezidentin sabiq köməkçisi deputat olmaq istəyir | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  91. "Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir". musavat.com (az.). 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  92. "Ziya Məmmədovun qardaşından sərt açıqlama: "Əsl saxtakar Məzahir Pənahov başda olmaqla, MSK-nın digər bütün üzvləridir"". Pravda.az. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  93. modern.az. "Əliməmməd Nuriyev namizədliyini geri GÖTÜRDÜ". modern.az (az.). İstifadə tarixi: 2024-07-31.
  94. "Sərdar Cəlaloğlu namizədliyini geri götürdü". Pravda.az. İstifadə tarixi: 2024-07-26.
  95. "Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb - EKSKLÜZİV". Report İnformasiya Agentliyi (az.). 2024-07-28. İstifadə tarixi: 2024-07-29.
  96. modern.az. "Müsavat 27 dairə üzrə deputatlığa namizəd irəli sürdü - SİYAHI". modern.az (az.). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  97. modern.az. "Müsavat eks-deputat və məşhur alimin namizədliyini irəli sürdü - FOTO". modern.az (az.). 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
  98. modern.az. "Müsavat daha 4 nəfərin deputatlığa namizədliyini irəli sürdü - ADLAR". modern.az (az.). 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
  99. "YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlandı - Yeni simalar - Unikal.az". unikal.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  100. "YAP-ın parlamentlə vidalaşan deputatlarının SİYAHISI". Pravda.az. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  101. modern.az. "SOCAR-ın sabiq vitse-prezidenti deputatlığa NAMİZƏDDİR". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  102. modern.az. "Məşhur zavod direktoru Zahid Orucun dairəsindən namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  103. modern.az. "Deputat olmaq istəyən məmurlar - SİYAHI". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  104. modern.az. "YAP bələdiyyələrdə çalışan üç nəfəri namizəd ELAN EDİB". modern.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  105. modern.az. "Sabiq deputatın qızı YAP-dan deputat olmaq İSTƏYİR". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  106. "Adil Əliyevin dairəsindən sabiq deputatın oğlu namizəd oldu". Teleqraf.com (az.). 2024-07-17. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  107. "YAP İdarə Heyətinin iclası keçirilib". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  108. "Azərbaycanda 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb". Report İnformasiya Agentliyi (az.). 2024-08-03. İstifadə tarixi: 2024-08-04.
  109. 1 2 "Namizədliyi irəli sürülmüş qadınların sayı artıb". musavat.com. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
  110. "Azərbaycanda seçki dairələrinin yeni sxemi təsdiqlənib (YENİLƏNİB)". Trend.Az (az.). 2023-09-19. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  111. "Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA". Oxu.Az (az.). 2023-10-19. 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  112. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". msk.gov.az. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  113. "Azərbaycanda seçicilərin sayı açıqlandı". musavat.com (az.). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  114. "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkiləri (7 fevral 2024-cü il) Səsvermənin Nəticələri Haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu" (PDF). 2024-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-12.
  115. "Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb". Report İnformasiya Agentliyi (az.). 2024-08-03. İstifadə tarixi: 2024-08-04.