Güneri Civaoğlu (türk. Güneri Cıvaoğlu; 30 iyul 1939, Ankara – 1 oktyabr 2024[1], Beşiktaş, İstanbul ili[2][3]) — türkiyəli jurnalist, hüquqşünas, xəbər və televiziya verlişi aparıcısı.
Güneri Civaoğlu | |
---|---|
türk. Güneri Civaoğlu | |
Doğum tarixi | 30 iyul 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2024[1] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 3 oktyabr 2024[4] |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, vəkil |
Fəaliyyət illəri | 1963–2024 |
1939-cu ildə Ankarada anadan olub. Jurnalistikaya Akış jurnalı və Yeni İstanbul qəzetində müxbir kimi başlayıb. Strasburq Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Tercüman qəzetinin baş redaktoru olub. "Güneş" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.[5]
2024-cü ilin yayında İstanbulda restoranların birində müvazinətini itirərək yıxılıb və başına dəyən zərbənin təsirindən beynində qan sızması baş verib. Xəstəxanaya aparılaraq əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. 1 oktyabr tarixində vəfat edib.[6]