Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və ya GAMAC — 2010-cu ildə bir qrup Cənubi Azərbaycanlı aktivist tərəfindən yaradılmış ictimai-siyasi qurum.[1][2]
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi GAMAC | |
---|---|
Fəaliyyəti | Güney Azərbaycanın azadlığı |
Yaranma tarixi | 2010 |
Rəsmi dili | Azərbaycan türkcəsi |
Yarandığı yer | Brüssel |
12 dekabr 2009-cu ildə keçirilən Amsterdamda Güney Azərbaycan məsələsində ortaq prinsiplər əsasında hərəkət etmək üçün milli təşkilatların və şəxslərin iştirak etdiyi iclas keçirilmişdi. İclasın sonunda bütün iştirak edənlərin səsi ilə 12 maddəlik bəyannamə qəbul edilmişdi. Bu bəyannamə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün qəbul edilmişdi.[1]
12 – 13 iyun 2010-cu il tarixdə Brüsseldə keçirilən toplantıda Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu.[1]
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir:[3]
1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bugünkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbaycanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
3. Güney Azərbaycan Milli Hərəkatı sekulyar dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyyəsi dünyanın inkişaf etmiş millətləri səviyyəsinə yüksəlməlidir.
5. Güney Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabərliyi yolunda mübarizə aparır. 6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, həmkarlar ittifaqları, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.
7. Güney Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.
8. Güney Milli Hərəkatı "Aria rasizm sistemi"ni təmsil edən İran İslam Cümhuriyyətinin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır.
9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən Azərbaycan türklərinə məxsus qüvvələr daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslararası insan haqları mərkəzlərindən dəstək qazandırmalı, Güney Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Güney Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.
10. Güney Azərbaycan Milli Hərəkatı müstəqil, demokratik və moderndir.
11. Güney Azərbaycan Milli Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Güney Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.
12. Amsterdam Dialoq Konfransı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 12 müddəadan ibarət Amsterdam bəyannaməsini özündə ehtiva edən və Güney Azərbaycanın milli maraqlarına əsaslanaraq, demokratik fəaliyyət göstərən milli-siyasi qurumdur.
Təşkilat yaradıldığı zaman idarə heyəti üzvləri bunlar idi:[4]