Gürcü armudu

Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Gürcü armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir. Meyvəsi avqust ayında yetişir. Meyvəsi uzunsov, azacıq yastı formada olmaqla, yetişdikdə qonur sarımtıl rəng alır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Torpağa az tələbkar, quraqlığa davamlı, işıqsevən bitkidir. Quru daşlı yamaclarda rast gəlinir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Naxçıvan MR-da, Quba rayonunun qayalıq yerlərində, Xızı (Altıağac), Şamaxı (Göylər, Möl və Quşçu kəndləri arası), Şabran rayonu (Çıraqqala dağının yamacı), Ordubad (Gilançayın sağ sahilindəki Bist kəndi) və Şahbuz rayonlarında (Güneyqışlaq kəndinin quzey adlanan ərazisində, Biçənək meşəliklərində) təbii halda yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]