Gürcü xingalı

Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir.[1][2] Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır.[3] Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duzadi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər.

Gürcü xəngəli
ხინკალი
Aid olduğu milli mətbəxlər
Gürcü mətbəxi
Mənşəyi
Müəllif Gürcü xalqları
Tərkibi
Əsas xəmir
Təfərrüatları
Tipi Xəmir xörəkləri
Digər mətbəxlərdə
Digər mətbəxlərdə Azərbaycan Xingalı

Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.

Gürcüstanda bu xingalı yedikdə yalnız çılpaq əlləri istifadə etmək olar və bu demək olar ki bir adət halını alıb; Belə ki, çəngəl kimi alətlərdən istifadə edilərək yemək kobud sayılır.

Duşeti, Pasanauri və Mtsxheta şəhərləri xüsusilə müxtəlif növ xingalları ilə məşhurdur.

Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur. İç üçün ət soğanla birlikdə maşından keçirilir, üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur. Xəmir kiçik hissələrə ayrılır, kündələnir. Hər kündə yayılaraq içinə qiymə qoyulur. Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz. Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür. Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.[4]

  1. "The World Cookbook for Students, Volume 1 by Jeanne Jacob, Michael Ashkenazi". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  2. "The Georgian Feast: The Vibrant Culture and Savory Food of the Republic of Georgia by Darra Goldstein". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  3. "Georgia: in the Mountains of Poetry by Peter Nasmyth, 2006". 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  4. "15 dəqiqəyə hazır olan Gürcü xəngəli" Arxivləşdirilib 2020-01-26 at the Wayback MachineAtv.Az – İstifadə tarixi: 31 mart, 2019

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]